Bia.Az

Lirə bu il necə ucuzlaşıb?

İqtisadiyyat
 19-07-2023, 18:04     704

İyulun 19-da Türkiyə lirəsi yenə dəyər itirib. Novator.az bildirir ki, Azərbaycan Mərkəzi Bankı 100 lirəni 6 manat 31 qəpiyə satır. Ötən gün rəsmi məzənnə 6 manat 45 qəpik idi.

2023-cü il 9 manat 7 qəpiklə start götürüb, fevralın əvvəlində kurs 9 manat 4 qəpik, martın əvvəlində 9 manat, aprelin əvvəlində 8 manat 86 qəpik, mayın əvvəlində 8 manat 74 qəpik, iyunun əvvəlində 8 manat 19 qəpik, iyulun əvvəlində 6 manat 53 qəpik olub.

Hazırda 1 ABŞ dolları 26,8 lirədən bahadır.


2021-2022-ci illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 9 manat 9 qəpiyə düşüb.скачать dle 12.1