Bia.Az

““Artsax”ın tabutuna son mismar vurulub” - ŞOK

Siyasət
 19-07-2023, 17:45     254

“Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Şurasının prezidenti Şarl Mişel arasında Brüssel görüşü Qarabağın son təslim aktıdır”.

Musavat.com xəbər verir ki, bu sözləri erməni ictimai xadim, eks-deputat Naira Zöhrabyan deyib.

Onun sözlərinə görə, bu görüşdə qondarma “Artsax”ın tabutuna son mismar vurulub, ardınca Rusiya XİN bəyanatla çıxış edib, fəlakətin və təslimçiliyin əsas günahkarının adı açıqlanıb.

Zöhrabyan əmindir ki, hazırkı vəziyyət Ermənistan adından danışıqlar aparanların - Nikol Paşinyan, Ruben Rubinyan, Ararat Mirzoyanın əməllərinin nəticəsidir: “Bu adamlar ancaq Türkiyə-Azərbaycan müttəfiqliyinin tələblərini dinləmək, sonra onları yerinə yetirmək üçün danışıqlara gedirlər”.

Revanşist siyasətçi Zöhrabyan Nikol Paşinyanın “sülh müqaviləsinin imzalanması müharibənin olmayacağı anlamına gəlməz” sözlərinə də toxunub. Onun fikrincə, bu cür bəyanatlarla Paşinyan özünə alibi hazırlayır.


Sabiq deputat Brüssel görüşünü böyük xəyanətin yekun mərasimi adlandırıb.скачать dle 12.1