Bia.Az

Ankara AB-yə üzv olmayacaq, heç vizasız rejim də... – Stano

Dünya
 19-07-2023, 16:55     219

Türkiyə 2024-cü ildə Avropa Birliyinə üzv olmayacaq, birlik hələlik Ankaraya hətta vizasız rejim də verməyə hazır deyil.

Axar.az xəbər verir ki, bunu AB-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano deyib.

“Bunun üçün saatlar deyil, illər tələb edilir. Viza rejiminin liberallaşdırılması barədə qərar AB üzvləri tərəfindən bu statusu almaq niyyətində olan ölkə, insan hüquqları və siyasi azadlıqlar da daxil olmaqla, bütün zəruri meyarları yerinə yetirdikdən sonra verilir”, - o bildirib.скачать dle 12.1