Bia.Az

Qısqanclıq: Bank işçisi qohumunu güllələdi

Cəmiyyət
 19-07-2023, 15:58     203

Ötən gün axşam saatlarında Qax rayonunun Almalı kəndi ərazisində rayon sakini Turan Məmmədovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.

Bu barədə Yenipress.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

İlkin araşdırma zamanı T.Məmmədova qohumu, 1991-ci il təvəllüdlü Cavidan Məmmədov tərəfindən ov tüfəngi ilə xəsarət yetirildiyi müəyyən edilib. C.Məmmədov saxlanılıb və ondan cinayətdə istifadə etdiyi həmin ov tüfəngi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Unikal.az isə yazıb ki, Almalı kənd sakini 1992-ci il təvəllüdlü Turan Kamil oğlu Məmmədovla onun qohumu Dəymədağlı kənd sakini sakini Cavanşir Məmmədovun arasında yaranan mübahisə zamanı Cavanşir Turanı ov tüfəngi ilə ayağından güllələyib. Yaralı dərhal Qax rayon Mərkəzi xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hazırda onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Mübahisənin qısqanclıq zəminində baş verdiyi ehtimal olunur.


Yaxın qohumlar olan Turan Məmmədov və Cavidan Məmmədov hər ikisi "Bank Respublika"nın Qax filialında calışırlar.скачать dle 12.1