Bia.Az

"`Azercell`, Siz oğru, quldur və cibgirsiniz..." - ETİRAZ

Fakt
 17-07-2023, 11:38     546

"Əgər mən bir neçə dəfə ödəniş edib sizdən müvafiq həcmdə internet paketi almışamsa, bu o demək deyil ki, siz istədiyiniz zaman mənim balansımdan məbləğ silib mənə lazım olmayan internet paketi verə bilərsiniz". DİA.AZ bildirir ki, bu etirazla tanınmış yazıçımız Səfər Alışarlı çıxış edib.

Özünü ölkənin "bir nömrəli mobil operatloru" kimi təqdim edən "Azercell"ə üsyan edən S.Alışarlı daha sonra belə qeyd edib:

"Mən sizin bu xidmətin abunəçisi deyiləm.

"Azercell", Siz oğru, quldur və cibgirsiniz. Siz bu soyğunçu əməllərinizə görə Azərbaycan xalqına cavab verməli olacaqsınız!"

İddia olunanlarla bağlı BİA.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
скачать dle 12.1