Bia.Az

SON DƏQİQƏ! Putindən ŞOK TƏHDİD - Ölümcül silah hər an işə düşə bilər

Dünya
 17-07-2023, 11:04     251

"Rusiya müxtəlif tipli kifayət qədər kasset sursatlarına sahibdir. Əgər bu bombalardan bizə qarşı istifadə etsələr, bizim cavab vermək hüququmuz var".

Musavat.com xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.

Rusiya lideri bu fikirləri ABŞ-ın Kiyevə kasset bombaları göndərməsinə cavab olaraq səsləndirib və Ukraynaya qarşı bu ölümcül silahlardan istifadə edə biləcəklərinə işarə edib.

Rusiya lideri həmçinin qeyd edib ki, bəzi silah çatışmazlığı olsa da, istifadəsi mübahisəli olan kasset sursatlarını hələ də işə salmayıblar.
Digər tərəfdən, İnsan Haqları Müşahidə Qrupu həm Ukraynanın, həm də Rusiyanın bu silahlardan cəbhədə istifadə etdiyini bildirib. İlk atılanda partlamayan hissələri mina funksiyasını yerinə yetirə bilən və illərlə təhlükəli olmağa davam edən kaset bombaları insan haqları təşkilatları tərəfindən tənqid edilir.

ABŞ və Rusiyadan başqa bir çox ölkələr bu silahların istifadəsini qadağan edib. ABŞ prezidenti Co Bayden kaset bombalarının Ukraynaya göndərilməsinin "çox çətin bir qərar" olduğunu və bunun reaksiya doğurduğunu, lakin Ukraynanın buna ehtiyacı olduğunu vurğulayıb.скачать dle 12.1