Bia.Az

Putin razılaşmasa, Ərdoğan donanma göndərəcək

Dünya
 16-07-2023, 16:15     309

Rusiya taxıl sazişində iştirakını davam etdirməyə məcbur olacaq.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq və publisist Andrey Piontkovski deyib.

“Azovstal”dan olan əsir ukraynalı hərbçilər Türkiyədən evlərinə qayıtdılar. Rusiya bildirdi ki, taxıl sazişindən çıxacaq. Ərdoğanla Zelenski bildirdilər ki, aclıqdan əziyyət çəkən Afrika xalqlarını çörəksiz qoymayacaqlar və bunu davam etdirəcəklər”, - Piontkovski bildirib.

Onun sözlərinə görə, taxıl sazişi Rusiya Prezidenti Vladimir Putinin növbəti ictimai alçaldılması olacaq:


“Əgər Rusiya istəmirsə, öz işidir. Qoy afrikalılara özü başa salsın. Türkiyə və Ukrayna isə Afrikaya taxıl tədarük edəcəklər. Lazım olsa, Türkiyə bunun üçün hərbi donanmasını da istifadə edəcək. Təxmin edirəm ki, Moskva diz üstə çökəcək və iyulun 17-də taxıl sazişinin müddətinin uzadılmasını elan edəcək”скачать dle 12.1