Bia.Az

Metropoliten əməkdaşı metroda vəfat etdi

Hadisə
 16-07-2023, 14:15     319

Bakı metropoliteninin əməkdaşı metroda vəfat edib.

Bu barədə Axar.az-a Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib.

“Elmlər Akademiyası” stansiyası istiqamətində “Dərnəgül-Həzi Aslanov” marşrutu ilə hərəkət edən qatarın maşinistinə bir sərnişinin özünü pis hiss etməsi barədə məlumat daxil olub. Dərhal müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti dəvət edilib, sərnişin stansiyada düşürülüb, ilkin yardım göstərilib”, - B. Məmmədov qeyd edib.

Onun sözlərinə görə, tibbi yardım xidməti gələnə qədər sərnişin dünyasını dəyişib:


“Vəfat edən sərnişin Bakı metropoliteninin Tunel qurğuları xidmətinin əməkdaşı Kamil Zeynalov olub”.скачать dle 12.1