Bia.Az

Ayrılan vaxt bitir - “Bunu Lentsov etməsə, əsgərlərimiz edəcək”

Siyasət
 15-07-2023, 18:01     298

Ermənilərin qanunsuz birləşmələrinin ərazimizdən çıxarılması üçün Rusiya sülhməramlılarının komandiri Aleksandr Lentsova qısa vaxt verilməlidir.

Teleqraf.com xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.

“Ermənistanın və separatçı qurumun rusların müvəqqəti nəzarətində olan bütün ərazilərdəki silahlı heyətinin çıxarılması, həmçinin yaraqlılara aid “rəmzlər və bayraqlar”ın yığışdırılması üçün Lentsova konkret və qısa müddət verilməlidir. Əks halda, bu işi qəhrəman əsgərimiz icra etməli olacaq və kimsə Azərbaycana mane ola bilməyəcək.

Hesab edirəm ki, rus kontingenti Qarabağdan qovulmayana qədər qeyri-qanuni erməni silahlılarının təxribatları bitməyəcək. Ruslar qovulandan bir gün əvvəl isə erməni silahlıları və separatçıların başçıları yoxa çıxacaqlar”, - ekspert bildirib.скачать dle 12.1