Bia.Az

Priqojindən sonra meydana o çıxdı - Spartak qiyama başlayır

Dünya
 15-07-2023, 16:25     299

“Rus general İvan Popov – Spartak (ləqəbi) cəbhədəki vəziyyətlə bağlı narazılığını açıq şəkildə bildirdi və bunun əvəzini 58-ci Ordunun komandiri vəzifəsindən uzaqlaşdırılmaqla ödədi”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin köməkçisi Mixail Podolyak deyib.

Onun sözlərinə görə, Popovun səsinin qəfil kəsilməsi Rusiyada həm orduda, həm də siyasi çevrələrdə aşınmanın təzahürüdür.

Podolyak qeyd edib ki, “Vaqner” lideri Yevgeni Priqojin özünün uğursuz qiyamı ilə qapıları geniş açıb və Rusiyada dağıdıcı proseslərə təkan verib.
“Əslində bu, tamamilə müsbət prosesdir, daxildə çoxsaylı münaqişələr var, birlik, monolitlik yoxdur, hamı bir-birini kürəyindən bıçaqlamağa hazırdır. İndi də yeni demarş (Popovun). O deyir ki, eroziya artıq mütləqdir. Bu, siyasi elitanın xoralı daxili xəstəliyinə çevrilir. Bütün bu proseslər yalnız sürətlənəcək. Nə vaxtsa Rusiyada hakimiyyəti ordu və ya daxili qruplar ələ keçirəcək”. - Podolyak bildirib.

Ukrayna rəsmisi vurğulayıb ki, Rusiya və onun rəhbərinin böyüklüyü ilə bağlı Kremlin təbliğatla yaratdığı miflər məhv edilir və bu fonda yeni iğtişaşlar mümkündür, bunun arxasında meydana çıxan Popov və onun kimiləri dayana bilər:


“Putin indi Rusiya elitası ilə qlobal elita arasında danışıqlar aparan şəxs deyil. Putinin boş olduğu üzə çıxdı. Qüdrətli dövlət hissi yaradan heç nə yoxdur. Ayrı-ayrı subyektlər var ki, onlara haqsızlıq edildiyini görürlər, qəzəblidirlər. Bu qəzəb bir nəfərin deyil, kiçik, amma yaxşı təlim keçmiş hərbi dəstənin qiyamı ilə partlaya bilər. Məsələn, Popov buna gedə bilər”.скачать dle 12.1