Bia.Az

Medvedyev Boris Consona dəlixanada müalicə olunmağı təklif edib

Dünya
 15-07-2023, 15:58     286

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun Ukraynanın “şərtlər olmadan” NATO-ya qəbul edilməsinə çağıran bəyanatını şərh edib.

Musavat.com xəbər verir ki, Medvedyev Telegram kanalında yazıb: "O, təqaüdə çıxmış axmaq, heç bir şərt olmadan psixiatriya xəstəxanasına yerləşdirilməlidir".

Medvedyevin sözlərinə görə, bu tibb müəssisəsində Conson özü kimilərin arasında özünü üçüncü dünya müharibəsinin başlamasını tələb edən sərt oğlan kimi göstərə bilərdi.

Bunun ardınca  Medvedyev məşhur və mərhum bard Vladimir Vısotskinin "Aydın və İnanılmaz" televiziya proqramının redaktoruna Kanatçikovadakı dəlixanadan məktub " mahnısından sitat gətirib.

Onu da qeyd edək ki, son ilyarımda dəfələrlə ABŞ və Avropanı, eləcə də Ukraynanı nüvə zərbəsi ilə hədələyən, həmişə çılğın bəyanatlar verən Medvedyevin özünü Qərbdə sinir sistemi ifrat gərginləşmiş adam hesab edirlər.скачать dle 12.1