Bia.Az

MƏDƏNİYYƏT MƏRKƏZİNİN MƏDƏ NİYYƏTLİ VƏ MƏDƏNİYYƏTSİZ DİREKTORU...

Fakt
 15-07-2023, 15:52     580

…Əməkdar korrupsaner Eldəniz Mustafayevi şok əməlləri…
…Yevlaxın Adnan Oktarı, onun qoca və cavan kedicikləri…
…65 yaşında aşk yaşayan Yevlax Mədəniyyət Mərkəzinin direktoru qanuni arvadını dəli adı ilə 2 il öncə niyə boşayıb?
…Cəmi 9 illik təhsili olan və hazırda Yevlax mədəniyyətində at oynadan Zöhrə Adıgözəlova ilə Eldəniz Mustafayevi hansı tellər bağlayır?


CİNAYƏT TƏRKİBLİ ƏMƏL...

…Eldəniz Mustafayev Bakıda universitetdə əyani oxuyan qızını tabeçiliyində olan quruma müdir təyin edib. Korrupsioner direktor nə az, nə də çox dövlət büdcəsinə 15000 manat ziyan vurub.


…Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev Korrupsiya hüquqpozmalarına eləcə də vəzifə səlahiyyətindən sui-istifadə etməyə imza atıb.


Belə ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində əyani oxuyan qızı Aynur Mustafayevanı tabeçiliyində olan mərkəzin Diyarşünaslıq Kulubunun 6 nömrəli filalına müdir təyin edibmiş.Mədəniyyət Nazirliyində Dövlət Təhlükəsizlik Xidmətinin apardığı antikorrupsiya əməliyatından sonra nazir Anar Kərimov işdən uzaqlaşdırıldı.Məhz bundan sonra Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev 3-cü kursda əyani oxuyan tələbə qızına işdən çıxması üçün ərizə yazdırıb.


Sözügedən ərizəni Aynur Mustafayev 30.01.2023-cü il tarixdə yazsa da direktor ata həmin tarixdə də mübarək imzasıyla müdirə qızını işdən çıxarıb.


Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru, Əməkdar mədəniyyət işçisi Eldəniz Mustafayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qızını 3 il müdir kimi filalda çalışdırıb.Bu üç il ərzində direktor ata müdirə qızına 15000 manata yaxın dövlət büdcəsindən maaş da verib.Amma bir maraqlı məqamda odur ki, bəs,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində əyani oxuyan bu müdirə xanımın yerinə kim tələbəlik edib?


Hesab edirik ki, Baş Pokurorluq, Baş Prokurorluq yanında Korrupsiya İdarəsi, Maliyyə Nazirliyi Yevlax şəhər Mədəniyyət Mərkəzinində araşdırma aparsa əməkdar mədəniyyət işçisi Eldəniz Mustafyevin mədəni korrupsiya əməli öz təsdiqini tapar.
Redaksiya olaraq qeyd edirik ki, Korrupsiya haqqında qanun 7-ci maddəsi yaxın qohumların birgə işləməsinə yol verilməməsi eləcə də vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.


Redaksiya olaraq əməkdaşımız Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayevin telefonuna zəng edərək əlaqə saxlayıb.Direktor isə müxtəlif bəhanələr gətirməklə suallardan yayınıb.Bu da öz-özlüyündə bir daha sübut edir ki, yuxarıda qeyd edilənlər həqiqətən də doğrudur.


…Mövcud halla bağlı Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin mövqeyini dərc etməyə hazırıq..


…Eldəniz Mustafayev və Zöhrə Adıgözəlova ilə bağlı elə dəhşətli məlumatlar əldə etmişik ki, adam utandığından bu ölkədən baş götürüb getmək istəyir…


…BİZİ İZLƏMƏYƏ DAVAM EDİN…


P.S. Yəqin ki,Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin yeni rəisi Aydın müəllim bu cinayətlə bağlı qəti qərar qəbul edəcək.




MƏDƏNİYYƏT  MƏRKƏZİNİN MƏDƏ NİYYƏTLİ VƏ MƏDƏNİYYƏTSİZ DİREKTORU!

скачать dle 12.1