Bia.Az

FTX Marqarita Simonyan və Kseniya Sobçakın qətlinin qarşısını alıb -İDDİA

Dünya
 15-07-2023, 15:11     220

Federal Təhlükəsizlik Xidməti RT telekanalının baş redaktoru Marqarita Simonyan və jurnalist Kseniya Sobçakın qətlinin qarşısını alıb.

Musavat.com xəbər verir ki, bu barədə TASS FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, qətli Ukraynanın xüsusi xidmət orqanları planlaşdırırmış.

Bundan başqa heç bir təfərrüat yoxdur, ancaq vəd edilir ki, müfəssəl açıqlama olacaq.

Adı çəkilən jurnalistlərin eyni siyahıda olması isə maraq doğurur. Çünki onlardan biri - Simonyan rus şovinisti və Kremlin əbliğat ruporudur, o biri - Sobçak isə Ukraynaya qarşı radikal fikirlər səsləndirməyib. Hətta bir ara bu iki qadın arasında qarşılıqlı nifrət mübadiləsi olub.скачать dle 12.1