Bia.Az

İcra başçısı məktəbin ayaqyolusunu zəbt edib: Əziz Əzizovdan şikayət var-FOTOLAR

Fakt
 14-07-2023, 17:16     479

“Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Yeni Suraxanı qəsəbəsində Qubadlı rayon Qaralar kənd orta məktəbinin ayaqyolusunu zəbt edib”.

Bu məlumatı Aytən İsmayılova adlı şikayətçi JAMAZ.İNFO-nun elektron poçtuna göndərib.

Məlumatda deyilir ki, məktəbin ayaqyolusunun kanalizasiya sisteminə çıxışı olmadığı üçün, çirkab sular məktəb hasarından kənarda qazılan “şambo”ya tökülürdü. “Rayon ərazisindəki torpaqların istilasını həyata keçirən Əziz Əzizov bu dəfə həmin əraziyə göz dikdiyi üçün “şambo” qazilan yeri asfaltladıb. Nəticədə, zəhərli qazların çıxması üçün  “şambo”da qoyulan havalandırma deşikləri də qapadılıb. Əraziyə daş tökən icra başçısı, yaxın günlərdə “şambo”nun üzərində hansısa tikinti işi aparmağı planlaşdırır. Tikinti meydançasına nəzarət edəcək şəxsin qalması üçün əraziyə köşk də qoyulub”.

Şikayətçi qeyd edir ki, icra başçısının ayaqyolu “şambo”sunu (anbar) zəbt etməsi məktəblilərin həmin ayaqyolundan istifadəsini mümkünsüz hala gətirib. “Hansı ki, həmin məktəbdə yüzlərlə şagird, eləcə də Şəhid və qazilərin övladları təhsil alır. Onu da qeyd edək ki, icra başçısı rayon ərazisindəki torpaqları, eləcə də ictimai məkanları, yol və səkiləri bir çox hallarda özünü qazi adlandıran müxtəlif şəxslərin adı ilə zəbt edir. İş o yerə çatıb ki, qazı və veteran çətiri altında özünə geniş biznes quran Əziz Əzizov artıq məktəb ayaqyolsunu da ələ keçirməkdən çəkinmir”.

Məktubun müəllifi vurğulayır ki, valideynlər, eləcə də müəllimlər icra başçısının qorxusundan baş verənlərə açıq etirazlarını bildirməsələr də, vəziyyət həqiqətən də acınacaqlıdır. “Təqdim etdiyimiz fotolar icra başçısının ayaqyolu “şambo”sunu “işğal etməkdə” nə qədər qərarlı olduğunu göstərir. Sizdən icra başçısının bu qanunsuzluğunu araşdırmağı, baş verənləri ictimaiyyətin və əlaqədar dövlət qurumlarının diqqətinə çatdırmağı xahiş edirik”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

  скачать dle 12.1