Bia.Az

Priqojin Putinin bu təklifini RƏDD ETDİ

Dünya
 14-07-2023, 13:43     231

“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin Rusiya prezidenti Vladimir Putinin hərbi şirkətin komandirlərinə Seda çağırış işarəsi olan komandirin tabeliyində xidmət etmək təklifindən imtina edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya dövlət başçısı “Kommersant”a müsahibəsində bildirib.

Rusiya lideri qeyd edib ki, o, “Vaqnerçilər”ə bir neçə iş variantı təklif edib.

“Onlar üçün heç nə dəyişməzdi. Onlara hər zaman həqiqi komandirlik edən eyni şəxs rəhbərlik edəcəkdi. Mən bunu deyəndə çoxları başını tərpətdi”, – Putin bildirib.

Lakin onun sözlərinə görə, komandirlərin qarşısında əyləşən Priqojin bunu görməyib. “Vaqner” rəhbəri Rusiya liderini dinlədikdən sonra o, “uşaqların belə bir qərarla razı olmadığını” deyib.скачать dle 12.1