Bia.Az

Qırğızıstandan sonra Türkmənistandan da müəmmalı xəbərlər və həbslər; Putinin MDB məkanına təhdidlərin artdığı anonsu gerçəkləşir?

Siyasət
 14-07-2023, 13:33     249

Rəsmi Bakı İrəvanla məlum 5 baza prinsipi əsasında sülh müqaviləsi üzrə danışıqların gündəliyinə sadiqdir. Belə bir qənaət iyulun 11-də Prezidenti İlham Əliyevin 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışından hasil oldu.

Son günlər Mərkəzi Asiya dövlətlərində müəmmalı hadisələr baş verməkdədir. Təbii ki, bu coğrafiya həm də MDB məkanı sayılır. Hələ iyunun əvvəlində Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin əməkdaşları dövlət çevrilişinə cəhddə şübhəli bilinən 30-dan çox şəxsi saxlayıb. Milli Təhlükəsizlik Komitəsi bəyan edib ki, kütləvi iğtişaşlar və hakimiyyətin sonradan zorakılıqla ələ keçirilməsi məqsədilə itaətsizlik aksiyaları təşkil etməyi planlaşdıran şəxslər həbs ediliblər. Bir neçə gün əvvəl isə Türkmənistanda gizli çevriliş barədə şayiələr yayılıb. Daxili İşlər Nazirliyinin yüksək vəzifəli məmurlarının artıq tutulduğu iddia edilir. Üsyançıların əksəriyyəti, yayılan məlumatlara görə, Mary vilayətindən olan şəxslərdir. Ehtimal olunur ki, belə informasiyanın yaranmasına səbəb Xalq Məsləhətinin sədri, hazırkı prezident Sərdar Berdiməhəmmədovun atası  Qurbanqulu Berdiməhəmmədovun onun adını daşıyan yeni şəhərin açılışında şəxsən iştirak etməməsindən sonra yayılıb.
Qurbanqulu Berdiməhəmmədov və onun nəvəsi (hazırkı prezidentin oğlu) Kərimqulu Berdiməhəmmədovun Həcc ziyarətinə getməsi şayiələri daha da artırıb. Çoxları bunu üsyançılardan qaçmaqla izah edib. Ən çox diqqəti çəkən məqam sosial şəbəkələrdə bir çoxlarının Q.Berdiməhəmmədovun əleyhinə sərt sözlərlə çıxış etməsi, Türkmənistan vətəndaşlarına bu barədə çağırışlar etmələridir. Rusiyada baş tutmayan Priqojinin silahlı çevriliş cəhdini də bura əlavə etsək, MDB-də bir “inqilab” havası yaşandığı təəssüratı yaranır. Dövlət başçısı son müşavirədə də diqqətçəkən açıqlama verib. “Biz görürük ki, dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir. Biz demək olar ki, bunu hər gün görürük, hər gün. Böyük dövlətlər, hansılar ki, beynəlxalq hüququn təminatçısı rolunu öz üzərinə götürüblər, birinci onlar bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar. Ölkələr deyəndə mən bütün böyük ölkələri nəzərdə tuturam. Necə deyərlər, hərəsi öz xətti ilə ya konvensiyaları pozur, ya beynəlxalq hüquq normalarını pozur, ya da oturuşmuş beynəlxalq davranış qaydalarını pozur və bunu heç gizlətmir də. Ona görə, əlbəttə ki, biz, ilk növbədə, özümüzü qorumaq üçün, öz müstəqilliyimizi qorumaq üçün, seçimimizi qorumaq üçün, həyat tərzimizi qorumaq üçün, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq”.
Bəs Mərkəzi Asiyada bu çevriliş cəhdləri haqda xəbərlər nəyin göstəricisi sayıla bilər? Çinin və İranın qonşuluğundakı bu respublikalarda “məxməri inqilablar” ssenarisi hazırlanır, yoxsa bu təhlükələrin qarşısını almaq üçün hakimiyyətlər priventiv tədbirlər həyata keçirir? Bir qədər əvvələ getsək, Putinin fikirlərini yada salmaq olar. Rusiya lideri hesab edir ki, MDB məkanına ilbəil kənardan təhdidlər artır, üzv ölkələr arasında fikir ayrılıqları yaranır. Sitat: “Kənardan gələn çağırışlar və təhdidlər hər il artır. Etiraf etməliyik ki, bu, MDB-yə üzv dövlətlər arasında fikir ayrılıqları yaradır. Lakin əsas odur ki, əməkdaşlıq etməyə hazırıq. Hər hansı problemli məsələlər ortaya çıxsa belə, biz onları özümüz birlikdə bir-birimizə yoldaşlıq yardımı göstərərək həll etməyə çalışırıq”. Rusiya Prezidenti demişdi ki, Qərb MDB məkanında yeni münaqişələrin qızışdırılması ssenariləri üzərində işləyir. Sitat: “Qərb istənilən ölkəni təhlükəyə atmağa, onu böhranın episentrinə çevirməyə, rəngli inqilab və qanlı qırğın törətməyə hazırdır”.
Bu, o anlama gəlir ki, Qərb ölkələri MDB daxilində münaqişələrdən istifadə edir. Bu mesajın anlamı nədir? Görünür ki, Rusiya lideri Azərbaycan-Ermənistan, vaxtaşırı sərhədlərində toqquşan Tacikistan-Qırğızıstan münaqişələrinə işarə edir. O cümlədən bu təşkilatı elə Rusiyanın işğalçı siyasəti ucbatından tərk etmiş Gürcüstan və Ukraynanı da nəzərdə tutmamış deyil. Həmçinin Ermənistanda güclənən anti-Putin əhval-ruhiyyəsi, elə “rəngli inqilab” nəticəsində Paşinyanın hakimiyyətə gətirilməsi, Qazaxıstanda məlum iğtişaşlar, habelə Özbəkistanın Qaraqalpaqıstan ərazisində olan toqquşmalar da Rusiya Prezidentinin “kənardan təhdidlər hər il artır” mesajı ilə sinxronluq təşkil edir. İndi də Qırğızıstanda çevrilişə cəhd, regionun ən qapalı ölkəsi Türkmənistandan gələn həbs xəbərləri yenidən regionun qarışdırılması təsəvvürləri yaradır.
Qarabağda nə baş verir - politoloqdan mühüm AÇIQLAMA
 Murad Sadəddinov
Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, Qırğızıstan istisna, qalan ölkələrdə xalqlar xaraktercə stabilliyi sevir. Onun sözlərinə görə, bu dövlətlərdə əhali tez-tez çevrilişlər istəmir: “Amma postsovet məkanında geosiyasi proseslərin təsiri var. Misal üçün Çinin Mərkəzi Asiyada mövqeyi güclənir. Ona görə belə hadisələrin baş verməsini vaxtaşırı eşidəcəyik. Amma ciddi dəyişikliklər gözləmirəm. Tacikistan istisna, digər respublikalar Türk Dövlətləri Birliyinin üzvüdür. Bu platformada ən çox müzakirə edilən mövzu təhlükəsizlik olur. Ona görə də çalışırlar ki, bu regionda stabillik təmin edilsin. Xüsusən Özbəkistan geniş islahatlar aparır və xarici investor axınını artırır. Bunun da əsas şərti stabilliyi təmin etməkdir. Ona görə regionda böyük mənada dəyişikliklər istisnadır”.
Ramiyə Məmmədova: Qələbə hər zaman doğrunun yanındadır - KAFKASSAM -  Kafkasya Stratejik Araştırmalar Merkezi
Ramiyə Məmmədova 
Siyasi təhlilçi Ramiyə Məmmədova Mərkəzi Asiyanın yeni siyasi şəkillənməsinin çoxdan strateji plan olduğunu düşünür. Onun sözlərinə görə, bütövlükdə postsovet məkanı Rusiyanın peykindən uzaqlaşdırılır: “Qazaxıstan və Özbəkistan müəyyən islahatlar xəttini tutdu. Hər ikisində Donbas presedenti olduğu üçün ciddi addımlar atıldı. Digər respublikaların da Rusiyanın təsirindən uzaqlaşdırılması növbəsidir. İndiki halda rəngli inqilablar olmaya bilər, amma dəyişikliklər küləyi Türkmənistanı belə əhatə edə bilər. Ümumilikdə, MDB təşkilat olaraq əhəmiyyətini itirməkdədir. Analoji aqibət Avrasiya İqtisadi Birliyini və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da gözləməkdədir. Rusiyanın imperiya maraqlarına xidmət edən platformalar zəifləyir".//“Yeni Müsavat”скачать dle 12.1