Bia.Az

SON DƏQİQƏ: General Balasanyan və oğlu həbs edildi

Dünya
 14-07-2023, 00:53     215

Əsgəranda general Vitali Balasanyan və oğlu öz evində saxlanılıb.

Musavat.com erməni mediasına istinadən bildirir. Evdə axtarış aparıldıqdan sonra onlar xüsusi xidmət orqanlarına aparılıb.

Qeyd edək ki, Qarabağ canilərindən biri olan Vitali Balasanyan 1988-ci ildə Əsgərənda erməni “özünümüdafiə” dəstələrindən birinə rəhbərlik edib. 1990-cı ildə keçmiş Əsgəran rayonunun “özünümüdafiə qüvvələrinin komandiri” təyin olunub. 1996-1998-ci illərdə diviziya komandiri, 1998-1999-cu illərdə tanınmayan qondarma qurumun “müdafiə ordusu”nun komandirinin müavini, 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə terrorçu rejimin “müdafiə nazirinin müavini” olub. 2000-2005-ci illərdə "arsax müharibəsi veteranları birliyi" adlı ictimai təşkilata rəhbərlik edib.

2000-ci ildə general-mayor rütbəsi alıb. Əsgərandan kənarda da bir sıra hərbi əməliyyatlarda iştirak edib, o cümlədən Ağdam döyüşü, Horadiz əməliyyatı və sair. 2002-ci ildə azərbaycanlılara qarşı cinayətlərinə görə “arsax qəhrəmanı" adını alıb. Son aylar Balasanyanla qondarma qurumun rəhbərliyi arasında dərin çatlar yaranmışdı. Xüsusilə də Balasanyanın Azərbaycanın tələblərinə əməl edib, silahı yerə qoymağa meyilli olması terrorçu rejimi narazı salmışdı. Onun məhz Xankəndidə mitinq təyin olunmasından sonra qandallanması da diqqət çəkir.скачать dle 12.1