Bia.Az

Ermənilər 2025 ŞOKU yaşayır - Ruslar Qarabağdan çıxsa...

Gündəm
 13-07-2023, 17:13     330

Dünən Türkiyə prezidenti Ərdoğan, əslində, Türkiyə-Azərbaycan tərəfinin Rusiyadan nə gözlədiyini açıq şəkildə söylədi.
“Razılaşma ondan ibarətdir ki, Rusiya 2025-ci ilə qədər Qarabağda qalacaq. İnanıram ki, Rusiya bu razılaşmaya sadiq qalacaq. Qardaşım İlham Əliyev də bu məsələni diqqətlə izləyir”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, Ərdoğanın bu sözləri yerli türkoloq Varujan Qeqamyanın yazısında sitat olaraq yer alıb.

“Təxmin etdiyiniz kimi, Türkiyə və Azərbaycan 2025-ci ildə Rusiyanı Qarabağdan sıxışdırıb çıxara bilsələr, Qarabağın ermənilərlə bağlı tarixinin son səhifəsi də bağlanacaq. Bundan sonra Türkiyə-Azərbaycan qüvvələri bütün imkanlarını Sünik və Vayots Dzorun (Dərələyəz mahalı - red.) zəbtinə cəmləyəcəklər. Bu baxımdan onlar 2,5 ildir ki, strateji əhəmiyyət kəsb edən ərazilərin genişləndirilməsindən tutmuş, daxili qoşunların hazırlanmasına qədər genişmiqyaslı addımlar atırlar.


2025-ci il Ermənistan üçün dönüş nöqtəsi olacaq – ya faktiki türkyönlü hökuməti aradan götürüb tamhüquqlu yeni xarici və müdafiə strategiyası qurmaq mümkün olacaq, ya da fəlakət ən geridönməz nəticələrlə daha da pisləşəcək. 2025-ci ilə 2,5 il qalıb. Əslində, daha az”, - deyə erməni ekspert bildiribскачать dle 12.1