Bia.Az

SON DƏQİQƏ! NATO Rusiyaya açıq SAVAŞ elan etdi - Dünya ÇALXALANIR

Gündəm
 13-07-2023, 17:08     299

“Sammitin nəticələri yaxşıdır, lakin NATO-ya dəvət olsaydı, daha ideal olardı”.
Ukrayna prezidenti Vladimir Zelenski Şimali Atlantika Alyansı ölkələrinin liderlərinin iyulun 11-12-də Vilnüsdə keçirilən görüşünün nəticələrini belə qiymətləndirib.

Sammitin əsas mövzusu Ukraynanın Alyansa daxil olması perspektivləri və Rusiyanın təcavüzünə qarşı mübarizədə təşkilatın Kiyevə verə biləcəyi yardımlar olub.

Ukrayna nəyə nail oldu?


Musavat.com xarici agentliklərə istinadən Vilnüsdə Ukrayna ilə bağlı qəbul edilən qərarları oxucularının diqqətinə çatdırır:

1. Birliyin baş katibi Yens Stoltenberqin sözlərinə görə, Ukraynanın NATO-ya üzvlüyü yalnız bütün ölkələrin razılığı və rəsmi Kiyevin zəruri şərtləri yerinə yetirməsi halında mümkün olacaq. Eyni zamanda, NATO üzvləri Ukrayna üçün Üzvlük Fəaliyyət Planı (MAP) tələbini ləğv ediblər. MAP NATO-ya gedən yolda ilk mərhələdir, ondan sonra, əgər o, yerinə yetirilərsə, Alyansa üzv olmaq üçün rəsmi dəvət gəlir. Daha sonra qalan problemlər və rəsmiyyətlər həll edildikdən sonra namizəd ölkə Alyansın yeni üzvünə çevrilir. Ukrayna üçün MAP-ın ləğvi NATO-ya gedən iki mərhələli yolun onun üçün bir mərhələli yola çevrilməsi deməkdir. Kiyevin ittifaqa rəsmi dəvət şərtləri isə açıqlanmır.
2. Dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş dövlətlərini birləşdirən Yeddilik Qrupu (G7) ölkələri (Yaponiya xaric, onların hamısı NATO-nun üzvüdür) Ukraynanın təhlükəsizliyini təmin etmək və onun müdafiə qabiliyyətini dəstəkləməklə bağlı uzunmüddətli tədbirlər paketini təsdiqləyib. Bu, mühüm addımdır, baxmayaraq ki, Böyük Britaniyanın baş naziri Rişi Sunakın sözlərinə görə, bu, NATO-nun öz üzvlərinə verdiyi təhlükəsizlik zəmanətlərinə uyğun gəlmir.
G7 Ukraynanı müasir silahlarla təmin etmək, onun ordusuna təlim keçmək və onunla kəşfiyyat məlumatlarını mübadilə etməklə bağlı üzərinə öhdəlik götürür. Bundan əlavə, G7 Ukraynanın enerji təhlükəsizliyinin və iqtisadiyyatının gücləndirilməsinə, o cümlədən müharibədən zərər çəkmiş sənaye sahələrinin bərpasına töhfə verəcəyini bəyan edib. G7 həmçinin Ukraynanın Avro-Atlantik istəklərini reallaşdırmaq üçün lazım olan demokratikləşmə islahatlarına kömək edəcək. Rusiya təcavüzünün təkrarlanacağı təqdirdə, G7 Kiyevə təcili hərbi və iqtisadi yardım göstərəcək, bunun üçün çəkiləcək xərclər daha sonra Rusiyaya təqdim olunacaq. Öz növbəsində, Ukrayna demokratiyaya, insan hüquqlarına və söz azadlığına sadiqliyini sübut etmək üçün bir sıra islahatlar keçirməyi boynuna götürməlidir. Kiyev iqtisadiyyatı davamlı inkişaf yoluna çıxarmalı, həmçinin ordu üzərində demokratik nəzarəti gücləndirməlidir.
3. Sammitdə alınan qərarlardan biri də Qərb ölkələrindən Ukraynaya yeni hərbi-texniki yardım paketləri ilə bağlıdır. Belə ki, Fransa Ukraynaya uzaqmənzilli raketləri təhvil verəcək (ehtimal ki, söhbət “Storm Shadow” və ya SCALP sistemlərindən gedir). Almaniya təxminən 700 milyon avro dəyərində hərbi yardım göstərəcək. Yeni silah paketinə 25 “Leopard” tankı, 40 “Marder” piyada döyüş maşını, 2 “Patriot” hava hücumundan müdafiə sistemi və 20 000 artilleriya mərmisi daxildir. Norveç hökuməti Ukraynaya hərbi yardım fondunu 240 milyon dollardan 930 milyon dollara qədər artırıb.
4. ABŞ Ukrayna ilə təhlükəsizlik zəmanətləri və yeni hərbi yardımla bağlı danışıqlara başlayır, xüsusən də uzaq mənzilli ATACMS raketlərinin tədarükü müzakirə edilir.
5. NATO müttəfiqləri ildə 500 milyon dollar büdcə ilə Ukrayna ordusunun modernləşdirilməsi proqramı üzrə razılığa gəliblər. Alyansın 11 ölkəsinin daxil olduğu “aviasiya koalisiyası” Kiyevə çatdırılacaq “F-16” qırıcılarını idarə etmək üçün ukraynalı pilotlara təlim keçməyə razılaşıb.
6. İlk iclası Vilnüsdə keçirilən “Ukrayna-NATO” Şurası yaradılıb. Bu, əvvəllər mövcud olan Rusiya-NATO Şurasından fərqli olaraq sadəcə məsləhətçi orqan deyil, Ukraynanın alyansa daha da inteqrasiyası üçün konkret addımların müzakirə olunacağı platforma sayılır. Yens Stoltenberqin sözlərinə görə, Ukrayna NATO-ya həmişəkindən daha yaxındır.скачать dle 12.1