Bia.Az

Ermənilər növbəti qisas əməliyyatını tezləşdirir - Azərbaycan bu dəfə də elə zərbə vuracaq ki...

Gündəm
 13-07-2023, 10:45     284

Rəsmi İrəvanın sülhü pozan müəmmalı davranışları nə vaxtadək davam edəcək?; ekspertlər “Qisas-3”ün alternativinin olmadığı qənaətindədirlər; polkovnik: ”Bundan sonra da vəziyyət daha da gərginləşəcək və dözülməz həddə çatdırılacaq”

Ermənistan faktiki olaraq sülh danışıqlarını, delimitasiya və demarkasiya prosesini dayandıraraq, ənənəvi missiyasını - təxribatçılıq, pozuculuq fəaliyyətini davam etdirir. 2023-cü ildə sülhə olan ümidlər də artıq yoxa çıxmağa başlayıb.

Görünən budur ki, erməni revanşistlər birmənalı şəkildə başlarının növbəti dəfə əzilməsini istəyir və buna görə də hərbi təxribatları intensivləşdirirlər. Məlum olduğu kimi, erməni separatçılar iyulun 11-də növbəti dəfə aktivləşiblər və sülhməramlıların nəzarətində olan ərazilərdə mühəndis işləri aparmağa cəhd göstəriblər. Hərbi bölmələrimiz tərəfindən bu cəhdlərin qarşısı alınıb. İyulun 11-i saat 16:00 radələrində isə Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Abdullayev Hüseyn Arif oğlu yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb...
İyulun 12-si saat 09:25-də isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə “Yeni Müsavat”a Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, saat 10:50-dən 12:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyulun 12-si, səhər radələrində Gorus rayonunun Dığ kəndi istiqamətində bir erməni hərbçi güllə yarası ilə hospitala çatdırılıb. Ermənistan düşünməsin ki, onun təxribatçı addımı cavabsız qalacaq. Hələlik xırda xəbərdarlıqlarla kifayətlənir ordumuz.
Yeri gəlmişkən, Prezident İlham Əliyev rəsmi İrəvanın bir sıra hallarda normal mövqe sərgilədiyini vurğulayıb. İki gün əvvəl keçirilən müşavirədə ölkə rəhbəri deyib: “Son müsbət məqamlardan biri odur ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var. Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın”. Göründüyü kimi, Azərbaycan dövləti Ermənistana növbəti dəfə şans verərək, qanlı toqquşmalardan qaçmaq fürsətindən yararlanmağa, konstruktiv mövqeyi davam etdirib, məntiqi sonluğa gəlməyə və ərazi bütövlüyümüzlə bağlı Paşinyan səviyyəsində səslənən şifahi mövqeyin imzalı sənəddə əksini tapması üçün addımlar atmağa çağırıb.
Amma dünən və bu gün müşahidə etdiklərimizdən, gərginliyi tətikləmək cəhdlərindən belə aydın olur ki, Ermənistan və separatçı rejim, başıpozuq silahlı ermənilər gözlənilən qisas və antiterror əməliyyatını daha da tezləşdirmək üçün əlləşirlər. Heç şübhəsiz ki, burada Ermənistanı qızışdıran qüvvələr, ölkələr var, onların başında Fransa və Rusiya dayanır. Amma dövlət başçımızın dəfələrlə bəyan etdiyi kimi, heç bir qüvvə ölkəmizi haqq yolundan çəkindirə bilməz. Necə ki, ermənilərin hay-küyünə baxmayaraq, Azərbaycan Laçın yolundan təxribatçı məqsədlər üçün istifadə edən Beynəlxalq Qırmızı Xaç Komitəsinin yolunu da qapatdı. Dövlətimizin qətiyyətli mövqeyi ortadadır və kimsə buna qarşı gəlməyə cəsarət edəcəksə, cavabını alacaq.
Son günlərədək Azərbaycan maksimum təmkin və səbirlə ona görə davranırdı ki, sülh danışıqları, separatçı rejimin neytrallaşdırılması baş tutsun. Lakin ermənilər bunun əksini edirsə, o zaman Azərbaycan heç bir tərəddüd etmədən növbəti dəmir yumruğu onların başına vurmağa başlayacaq. Artıq ermənilər bunu tam haqq edirlər. Onlara növbəti dəfə elə bir dərs verilməlidir ki, bir daha xam xəyallara düşməsinlər - sülh istəmirlərsə bunun da çarəsi var - Qarabağda antiterror əməliyyatı keçirib prosesi tamamlamaq, Xankəndi və digər ərazilərdə idarəçiliyimizi təmin etmək variantımız hər an işə düşə bilər. Bunun zamanı yetişibmi, yoxsa təmkinimizi bir qədər də davam etdirməliyik?
Təqaüdlərin artımı ehtiyatda olan zabitlərə niyə şamil olunmadı? – Üzeyir  Cəfərov “Çətin sual"da - YouTube
Üzeyir Cəfərov 
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, son günlər ermənilərin davamlı şəkildə ordumuzun ayrı-ayrı istiqamətlərdəki mövqelərini atəşə tutması və bunun da nəticəsində əsgərimizin belə yaralanması hadisəsi nə birincidir, nə də sonuncu: “Xatırlayırsınızsa, ötən həftələrdə Rusiya adı guya "sülhməramlı kontingent" olan başıpozuq dəstənin yerləşdiyi ərazilərdə azərbaycanlı hərbi qulluqçunun yaralanması hadisəsi baş verdi. Rusiya tərəfdən bu hadisə barədə, ümumiyyətlə, məlumat verilmədi, səs-soraq çıxmadı. Bu dəfə də eyni ssenari. Bunlar maksimum çalışırlar ki, biz şəhid və ya şəhidlər verək, danışıqlardan imtina edək, antiterror əməliyyatına başlayaq. Sonra da yenə bu yaramazlar “sülh göyərçini” obrazında dövriyyəyə girsinlər və bizə öz təkliflərini versinlər. Məqsəd vaxtı uzatmaq və tərəflər arasında prosesləri elə bir dözülməz həddə çatdırmaqdır ki, təmaslar kəsilsin. Sonradan isə ruslar öz çirkin və mənfur niyyətlərinə çatsınlar. Bütün atılan addımlar, qəbul edilən qərarlar bu istiqamətdə və bu yöndədir".
Polkovnik Cəfərov vəziyyətin daha da kritikləşəcəyini güman edir: “Bundan sonra da vəziyyət daha da gərginləşəcək və dözülməz həddə çatdırılacaq. Biz buna hazır olmalıyıq və qabaqlayıcı addımlar atmalıyıq”.
Akif Nağının partiyasının adı nə olacaq? - AÇIQLAMA
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağının sözlərinə görə, Ermənistan və onun Qarabağda bəslədiyi terror qrupları Azərbaycanın növbəti və böyük ehtimalla sonuncu zərbəsinin onlar üçün fəlakətlə nəticələnəcəyini başa düşürlər: “Onu da bilirlər ki, onları bu zərbədən nə Rusiya, nə də Qərb xilas edə biləcək. Bunu anlayır, amma düzgün nəticə çıxara bilmirlər. Bu, məhvə məhkum edilmiş toplumlara xas olan xüsusiyyətdir. Tarixdə belə nümunələr olub. Nə qədər qəribə səslənsə də, deməliyəm ki, ermənilər bu ssenariyə uyğun olaraq, özünüməhv yolunu seçiblər. Qərbin, Rusiyanın onları xilas edəcəyinə hələ də axmaqcasına inanırlar. Törətdikləri təxribatlarla Azərbaycana son zərbəni vurmaq üçün əsas verirlər”.
A.Nağı şübhə etmir ki, Azərbaycan məcburiyyət qarşısında bu fürsətdən istifadə etməli olacaq: “Biz ermənilərin şıltaqlıqlarına dözə bilmərik, bunun üçün vaxtımız yoxdur. Hərdən belə təsəvvür yaranır ki, Rusiya və ABŞ erməniləri ağılsız addımlara həvəsləndirməklə, Azərbaycanı təsirli addım atmağa təhrik edrlər ki, bizim əlimizlə "erməni məsələsi"ndən canlarını birdəfəlik qurtarsınlar. Azərbaycan maraqlı tərəflərin istəyini nəzərə almalı, bu vacib missiyanı həyata keçirməlidir".
Politoloq Məhəmməd Əsədullazadə də rəsmi İrəvanın mövqeyinin qəbulolunmazlığına diqqət çəkdi: “Ermənistan rəhbərliyinin şifahi açıqlamalarında sülh və Azərbaycanın ərazi bütövlüyünü tanındığı qeyd edilsə də, bu, rəsmi şəkildə məsələyə nöqtə qoyulması anlamına gəlmir. Hətta Ermənistan rəhbərliyinin silahlanma baxımından siyasətini davam etdirdiyini də görürük. Bu ölkəyə Hindistandan və Fransadan silahlar idxal olunur. Amma, sülh müqaviləsinin bağlanması uzanır, Ermənistanın bəhanələri səbəbindən. Aparılan danışıqlar prosesinə baxmayaraq irəliləyişlər ciddi nəticə vermir”.
İran hakimiyyəti siyasətində dönüş edə bilər
 Məhəmməd Əsədullazadə
M.Əsədullazadə hesab edir ki, sülhün uzanmasının əsas səbəbi Nikol Paşinyanın siyasi iradə göstərməməsidir: “Ermənistanın sərhəddə və separatçıların mütəmadi atəşkəsi pozması yeni-yeni təxribatların baş verməsini tətikləyir. İlk növbədə Brüsseldə növbəti danışıqlar gizlənilir. Prosesin mənfi istiqamətdə irəliləməsi üçün Rusiya da Qarabağda separatçıların əli ilə təxribatlara əl atır. Əgər Brüssel danışıqlarında ciddi danışıqlar baş tutmasa, Ermənistan tərəf manipulyasiyalarını davam etdirəcək ki, vaxt qazansın. Amma Azərbaycan bundan o tərəfə səbr etməyəcək”. Politoloq qeyd etdi ki, bu ilin axırına kimi Qarabağda silahlı erməni birləşmələrinin ləğvi reallaşmalidir: “ABŞ və Avropa İttifaqı da bunda maraqlıdır. Azərbaycan məcbur qalıb Qarabağda silahlı erməni birləşmələrinə qarşı "Qisas -3" hərbi əməliyyatları keçirəcək. Çünki alternativ qalmır. Ermənilər danışıqlar və diplomatik dildə anlamır. Ümumiyyətlə, ermənilərlə yalnız güc dilində danışmaq daha məqbuldur".
Nəzərlər Avropanın moderatorluğu ilə baş tutacaq növbəti, liderlər arasındakı görüşə dikilib. Nəticənin olması daha çox Ermənistana lazımdır, bunu Azərbaycan Prezidenti Laçında olarkən aydın şəkildə bəyan etmişdi...//“Yeni Müsavat”скачать dle 12.1