Bia.Az

Medvedyev: Üçüncü Dünya müharibəsi yaxınlaşır

Dünya
 12-07-2023, 13:47     250

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Üçüncü Dünya Müharibəsinin yaxınlaşmasını proqnozlaşdırır.

Axar.az xəbər verir ki, o , bu barədə NATO-nun Vilnüs sammitinin ilkin nəticələrini şərh edərkən deyib.

“Kiyev rejiminə hərbi yardım artırılır. Onlar mümkün olan hər şeylə kömək edirlər: raketlər, təyyarələr və s. Çılğın Qərb ağlına başqa heç nə gətirə bilmir. Ən yüksək səviyyədə axmaqlıq səviyyəsi göstərilir. Əslində, bu, çıxılmaz bir nöqtədir. Üçüncü Dünya müharibəsi getdikcə yaxınlaşır”, - o bildirib.


Onun fikrincə, Ukraynanın Şimali Atlantika Alyansına daxil olması heç vaxt baş tutmayacaq.скачать dle 12.1