Bia.Az

“HÜRRİYYƏT”İN BAŞ REDAKTORU ÖLÜMLƏ TƏHDİD EDİLİR! – Vüqar Məmmədovdan Prezidentə müraciət!

Cəmiyyət
 11-07-2023, 16:49     324

“Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu) ölümlə təhdid edilir.

Hurriyyet.az xəbər verir ki, vaxtilə cinayət törədərək 10 il müddətində həbs cəzasına məhkum edilən, hazırda azadlıqda olan və geniş biznes şəbəkəsinə rəhbərlik edən imkanlı şəxs (müəyyən səbəblərdən adını hələ açıqlamırıq – red.) baş redaktora zəng vuraraq onu ölümlə hədələyib. Hətta bəzi bilgilərə görə, sözgedən şəxs və onun əlinin altında olan bir sıra kriminal ünsürlər gün ərzində V.Məmmədovun yerini müəyyənləşdirməyə çalışıblar.
Məsələnin ciddiliyini nəzərə alan baş redaktor Prezident İlham Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyevə müraciət edib.
Vüqar Məmmədov müraciətdə bildirib ki, kriminal qruplar arasında kifayət qədər tanınmış və külli miqdarda sərvət sahibi olan sözügedən şəxs telefon vasitəsilə onu təhdid edərkən, Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsinə (“Bandotdel”) gedib, ölümlə hədələnməsi ilə bağlı ərizə yazacağını onun diqqətinə çatdırıb. O isə belə cavab verib: “Onsuz da hazırda sənin axtarırıq. Problem yoxdur, sən get “Bandotdel”ə, mən gəlib səni elə orada öldürəcəm”.
Şübhəsiz, keçmişi cinayət izləri ilə dolu olan və hazırda müxtəlif yollarla külli miqdarda sərvət toplayan bir şəxsin ölkənin nüfuzlu media rəhbərini ölümlə təhdid etməsi onu deməyə əsas verir ki, bu adam ya pul gücünə hər kəsi susdura biləcəyinə arxayındır, ya da hüquq mühafizə orqanlarında yüksək vəzifə tutan şəxslərin, eləcə də Milli Məclisdə ona yaxın olan deputatların “zəmanəti” ilə hərəkət edir.
Ən maraqlısı isə odur ki, Avropa ölkələrindən birində siyasi sığınacaq tapan və Azərbaycan rəhbərliyinə qarşı radikal fəaliyyəti ilə tanınan bloqerlərdən biri də hazırda məlum şəbəkənin sifarişi ilə "Hürriyyət"in baş redaktorunu hədəfə almaqdadır.
Bu baxımdan, Vüqar Məmmədov Prezident İlham Əliyevdən xahiş edir ki, ya DİN, ya da DTX rəhbəri tərəfindən çox təcili olaraq şəxsən qəbul edilməsinə göstirş versin. Baş redaktor deyir ki, bu qəbul zamanı onu hədələyən şəxsin kimliyini açıqlamaqla yanaşı, hansı səbəblərdən, yaxud kimlərin göstərişi ilə öldürülməsinə cəhdlər edildiyini tam detallı şəkildə açıqlayacaq.
“Cənab Prezident, hazırda həyatım ciddi təhlükə altındadır, Sizdən xahiş edirəm ki, bu işi nəzarətə götürəsiniz”, - deyə V.Məmmədov sonda əlavə edir.скачать dle 12.1