Bia.Az

Paşinyanı günahlandıran Oskanyana ŞOK SÖZLƏR: “Ermənistanı işğalçı kimi qələmə verib və...”

Dünya
 11-07-2023, 14:57     265

“Keçmiş xarici işlər naziri Vardan Oskanyan diplomatiyada sözün mənasını başa düşsəydi, Ermənistanın suveren ərazisini, Meğri bölgəsini alver predmetinə çevirməzdi”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının sədr müavini, deputat Vahan Aleksanyan deyib.

O, Oskanyanın əvvəlki “diplomatik uğurlarını” bir-bir yadına salıb.

“1996-cı ildə Lissabonda keçirilən sammitdə “Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququ dedikdə yalnız onun Azərbaycanın tərkibində muxtar statusa malik olması” anlamına gələn qərar qəbul edildi. Bundan əlavə, 1999-cu ildə ATƏT-in İstanbul sammitində Dağlıq Qarabağın Azərbaycandan kənar statusunu istisna edən Avropa Təhlükəsizlik Xartiyası qəbul olundu.

Məhz keçmiş iqtidar dövründə Qarabağın separatçı rejimi danışıqlar prosesindən kənar tutulub, habelə Azərbaycana Dağlıq Qarabağın statusu məsələsində veto hüququ verilib.

Həmçinin 1991-ci ilin dekabrın 10-da “Dağlıq Qarabağın müstəqilliyi” adlı qondarma referendumun nəticələri azərbaycanlılar iştirak etmədiyi üçün ləğv olunub. Bundan başqa, Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli qərarı ilə Ermənistanın və Dağlıq Qarabağın birləşdirilməsi siyasi cəhətdən ortadan qaldırılıb.

Bütün bunlar azmış kimi, Oskanyan 7 rayonu işğal olunmuş ərazi adlandırıb və bununla da Ermənistanı işğalçı kimi qələmə verib”, - deyə Vahan Aleksanyan qeyd edib.

Xatırladaq ki, Vardan Oskanyan uzun müddət Ermənistanın xarici işlər naziri müavini, daha sonra naziri vəzifəsində çalışıb.скачать dle 12.1