Bia.Az

Elşad Hacıyevə YENİ VƏZİFƏ verildi

Cəmiyyət
 11-07-2023, 13:13     389

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası polis polkovnik-leytenantı Elşad Hacıyevə tapşırılıb.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.


Qeyd edək ki, daha əvvəl DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov idi.


 O, ötən gün xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

 E.Hacıyev isə nazirliyin Mətbuat Xidmətinin şöbə rəisidir.скачать dle 12.1