Bia.Az

Əhalisi çox olan ölkələr

Dünya
 11-07-2023, 13:02     269

BMT 1989-cu ildən bəri iyulun 11-ni Dünya Əhali Günü kimi qeyd edir. Bu münasibətlə yayılan rəsmi hesabatda dünyada kişilərin orta ömür uzunluğu 71 yaş, qadınların orta ömür uzunluğu 76 yaş göstərilir.

Novator.az bildirir ki, rəsmi açıqlamaya görə, Hindistan 1 milyard 428,6 milyon əhali ilə ən qələbəlik ölkədir.

Çin 1 milyard 425,7 milyon nəfərlə ikinci, ABŞ 340 milyon nəfərlə üçüncü yerdə qərar tutub.

İndoneziyanın 277,5 milyon, Pakistanın 240,5 milyon, Nigeriyanın 223,8 milyon, Braziliyanın 216,4 milyon, Banqladeşin 173 milyon, Rusiyanın 144,4 milyon, Meksikanın 128,5 milyon əhalisi var.
Yaxın ölkələr əhali siyahısında belə sıralanır:
İran – 89,2 milyon nəfər
Türkiyə – 85,8 milyon nəfər
Ukrayna – 36,7 milyon nəfər
Özbəkistan – 35,2 milyon nəfər
Qazaxıstan – 19,6 milyon nəfər
Tacikistan – 10,1 milyon nəfər
Belarus – 9,5 milyon nəfər
Qırğızıstan – 6,7 milyon nəfər
Türkmənistan – 6,5 milyon nəfər
Gürcüstan – 3,7 milyon nəfər
Moldova – 3,4 milyon nəfər
Ermənistan – 2,8 milyon nəfər
Litva – 2,7 milyon nəfər
Latviya – 1,8 milyon nəfər
Estoniya – 1,3 milyon nəfər.
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2023-cü il mayın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 143 min 521 nəfərə çatıb (Rusiya hərbçilərinin nəzarətində olan bölgələrdəki əhali çıxılmaqla).
Mənbə: Nnfpa.orgскачать dle 12.1