Bia.Az

Peskov: Ankaradan açıqlama gözləyirik!

Dünya
 10-07-2023, 17:29     231

“Azov” komandirlərinin Türkiyədən Ukraynaya qayıtması qaz qovşağının tikintisinə təsir etməyəcək.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Moskva Ankaradan açıqlama gözləyir:

“Biz Türkiyə ilə əlaqələrimizi davam etdirmək niyyətindəyik. Bu əlaqələr həqiqətən çoxyönlüdür. Qaz qovşağı layihəsi bir çox ölkələrin, o cümlədən Avropa ölkələrinin maraqlarına toxunur. Biz qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlığı davam etdirəcəyik. Dialoqumuz zamanı Türkiyə tərəfdən baş verənlərlə bağlı açıqlamalar alacağımızı gözləyirik və bundan sonrakı razılaşmalarda bunu nəzərə alacağıq”.скачать dle 12.1