Bia.Az

TƏCİLİ! Azərbaycan sərhədçisi özünü güllələyərək öldürdü

Cəmiyyət
 10-07-2023, 12:56     207

Azərbaycan sərhədçisi özünü güllələyərək öldürüb.

Bunu Musavat.com-a açıqlamasında hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkiyev Kənan Seymur oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Naxçıvan Hərbi Prokurorluğuna məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında Naxçıvan hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, eləcə də digər hərəkətlər icra edilmişdir.

Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.скачать dle 12.1