Bia.Az

"Cənab Vilayət Eyvazov, ümidimiz Sizədir" - qazilər pulunu ala bilmir

Sosial
 8-07-2023, 12:59     361

“Vesta Construction” şirkəti uzun müddətdir ki, qazilərə olan borcunu qaytarmır. Vətən üçün canlarını od-alova atmış Qarabağ müharibəsinin veteranlarına hərtərəfli dəstək olmaq, onlara borcu artıqlaması ilə qaytarmaq əvəzinə, şirkət verməli olduğu 61 min manatı da qaytarmır. Anaxeber.info vasitəsi ilə Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edən qazilər şirkətlə bağlı addım atılmasını xahiş ediblər. Onların sözlərinə görə, şirkət rəhbərliyi hər dəfə vəd verərək vaxt udmağa çalışır, amma ortalıqda nəticə yoxdur. Qazilər nazirə müraciətdə qeyd ediblər ki, onların işi beton istehsalıdır. "Biz Bakının Suraxanı rayonu ərazisində fəaliyyət göstəririk. Bu şirkət bizdən beton alıb, amma pulunu indiyə qədər ödəməyib”.

Qazilərin sözlərinə görə, şirkət sahibi onları yola verir və süründürür. Şikayətçilər xahiş ediblər ki, 61 min manatın qaytarılması ilə bağlı polis hərəkətə keçərsə, bu işin nəticəsi ola bilər. “Söhbət 600 manatdan getmir ki, göz yumaq, 61 min manat dəyərində beton alınıb, pulu verilmir. Biz dərdimizi kimə deyək, bu şirkət heç kəsi saymır. Həmin vəsait sağlamlığını itirmiş qaziləri, Qarabağ müharibəsi əlillərinin haqqıdır. Belə özbaşınalıq, dələduzluq olmaz. Ona görə cənab nazirdən xahiş edirik ki, səsimizə səs versin. Biz qazancımızla qazilərimizin dava-dərman, müalicə xərclərinə kömək oluruq. Bu haqsızlığı Allah götürməz. Qazinin haqqını yemək ən böyük günahlardan biridir. Həmin şirkət isə heç bir şikayətə, müraciətə reaksiya vermir. Cənab Vilayət Eyvazov, sizə inanırıq və bu xahişimizə daxili işlər orqanlarından cavab gələcəyinə ümid edirik".

Həsənov İlham Bəşir oğlu 070 421 31 41

Həziyev Ramiz Mərdan oğlu 070 732 19 68

Ağakişiyev Akif Xankişi oğlu 050 302 32 72скачать dle 12.1