Bia.Az

İsmayıllının Keyvəndi kənd sakini: "İcra nümayəndəsi Murad Zalov o qədər HARINLAYIB Kİ..."

Fakt
 7-07-2023, 12:12     760

Bia.az-ın redaksiyasına İsmayıllı rayon Keyvəndi kənd sakini Talıbova Həmidə Gülalı qızı tərəfindən şikayət ərizəsi daxil olmuşdur. Şikayətci bildirir ki, dörd uşaq anasıdır. Rəşad adlı övladı on səkkiz yaşında hərbi xidmətdə olarkən dünyasını dəyişib. O, iddia edir ki, oğlu hansısa bir xəstəlikdən yox, kimlər tərəfindənsə işgəncəylə öldürülmüşdür:

"Bu barədə aydiyatı üzrə qrumlara müraciyətlər və şikayətlər etmişəm. Həmin ünvanlardan müxtəlif cür cavablar almışam.

Hörmətli Cənab Prezidentimiz İlham Əliyevin İsmayıllı rayonunda yeni açılan müəssisələrin açlışına və eyni zamanda bizim kənddə yerləşən AZZA-AQRO MMC-nin açlışına da gələcəyi nəzərdə tutulmuşdu. Prezident rayona gəlməmişdən təxminən bir saat əvvəl həyətimizə üç nəfər sinəsində birka olan adamlar gəldi. (həmin adamlardan birinin adı Fərid idi). Gələn adamlar bizə bildirdilər ki, bizi Murad Zalov göndərib ki, problemlərmizi həll etsinlər. Onlar bizdə olan bütün ərizələrin cavablarını və göndərdiklərmizin kiptansiyalarını alıb apardılar. Və o vaxtdan bugünə kimi heç bir nəticə görmədik. Onu da bildirim ki, kənd icra nümayəndəsi olan Murad Zalov bilirdi ki, mən Prezident ilə görüşüb həm oğlumun bu faciyəsini, həm də başqa məsələlər barədə ona məlumat verəcəyəm.

Prezident getdikdən bir neçə gün sonra Murad Zalov mənə dedi ki, sizə demişdim axı, onunla görüşməyə mən heç zaman sizi qoymaram.

Bizə indi də aydın deyil ki, Murad Zalovun bizə göndərdiyi şəxslər kimlər idi, bizdə olan sənədləri nəyə görə aldılar?

Onu da bildirim ki, Murad Zalov idarəyə ayda bir dəfə ya gəlir, ya yox. O da ki, hansısa özünə lazım olan işlər olduqda. Mən Murad Zalovla idarədə görüşəndə o, içtimayət arasında, qadınlıqımı belə nəzərə almadan nəzakətsiz və kobud hərəkəti və danışıqı ilə məni təhqir etdi və bildirdi ki, get hara istiyirsən şikayət et, mən heç kimdən qorxmuram, heç kim də mənə heçnə edə bilməz, boş-boşuna danışmayın. İstiyirsiz lap Prezidentə yazın və s...

Bildirirəm ki, Murad Zalov sovetlər dönəmində İsmayıllıda olan böyük Vin-zavodların birində drektor işləmiş, həmin vaxt dövlət əmlakını xüsusi küllü miqdarda mənimsədiyinə görə bir neçə illər həpisxana həyatı yaşamışdır.

Sonra dörd hektar ərazisi olan həmin zavodu özəlləşdirmişdir. O, on ildir ki, Keyvəndi kənd icra nümayəndəsi vəzifəsini daşıyır. Bu illər ərzində altı kəndi birləşdirən nümayəndəliyin sədri olan Murad bəy heç bir kəndin sakinləri ilə, kəndin güzaranı ilə, şəhid ailələri ilə, qazilərmizlə, müharibə iştirakçılarmızla maraqlanmayıb, onların həyat tərzindən xəbərdar olmayıb. İcra nümayəndəsi olan bu bəyin Bəhliyam və Keyvəndi kəndlərində olan evlərində deyil İsmayıllı rayonundakı mənzilində yaşayır. Kənd sakinləri hər hansı arayış və söz üçün mütləq İsmayıllı rayonuna getməlidir orada Murad bəyi tapıb (əgər tapa bilsələr) sözlərini deməli və arayışlarını almalıdırlar. Çox təəssüf ki, Murad bəyi çox vaxtı tapmaq müşkül məsələ olur. Çünki bu bəy ayrı-ayrı istirahət mərkəzlərində kef-damağda olur.

Murad bəyin Keyvəndi və Bəhliyan kəndlərində olan hər evinin qarşısında 60-70 sot ərazini zəpt edib. Onun Bəhliyan kəndində böyük maldarlıq ferması var, eyni zamanda Qubaxəlilli nümayəndəliyinin ərazəsində də (həmin yerin nümayəndə sədri Mirzəxan onun xalası oğludur) 80 hektar ərazidə ikinci böyük bir maldarlıq ferması, bundan əlavə 35 hektar torpaq sahəsi və daha nələri var. Sözsüz ki, araşdırma aparılarsa bu bəyin çox-çox əmlakı üzə çıxacaq.

Bir sözlə bildirmək istəyirəm ki, bu qədər sərvət sahibi olan, insanlarla kobud rəftar edən, xalqın malını mənimsəyən və kimlərin vasitəsi ilə nəyin müqabilindəsə belə bir posta sahiblik edən şəxsin 2-i aslan kimi oğlanları 44 günlük zəfər müharibəsinə nəyə görə getmədi?

Hörmətli redaksiya, inanırıq ki, bizim harayımız sizin saytın vasitəsi ilə hörmətli Prezidentimizə çatacaq, araşdırmalar aparılacaq, Murad Zalovun bütün əməlləri üzə çıxacaq və bu bəy qanun çərçivəsində öz layiqli cəzasını alacaq."

BİA.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

BİA.az
скачать dle 12.1