Bia.Az

Deputatdan revanşist haylara SƏRT XƏBƏRDARLIQ: “Tabutda…”

Siyasət
 5-07-2023, 18:01     361

“Əvvəla, mən Qarabağdakı haydillilərin başlatdıqarı “Hayakve” kampaniyasının arxasında burun yox, qulaq görürəm. İkincisi, bu kampaniya ilk baxışda Azərbaycan əleyhinə yönəlsə də, əslində hədəf Nikol Paşinyanla komandasıdır”.
Bu fikirləri Musavat.com-a açıqlamasında deputat Sahib Alıyev deyib.
sahib.jpg (64 KB)
O bildirib ki, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu haqda Paşinyanın açıqlamasından xoşlanmadıqlarını “Valday”da açıq şəkildə və ən yüksək səviyyədə sərgiləyənlər bu kampaniyanı başlatmaqla təsirləri altındakı haylar və haydillilərin əli ilə ona təzyiq və xəbərdarlıq edirlər: “Xəbərdarlıq edirlər ki, Azərbaycanla sülh anlaşması imzalansa, bu, Paşinyanla komandası üçün yaxşı nəticələnməyəcək. Azərbaycana gəldikdə, biz həmin təşəbbüsü irəli sürənlərə “6 saylı palata”nın xəstələrinə necə yanaşılmalıdırsa, o cür də yanaşırıq. Yəni psixoloji problemləri olan bəzi adamların məsələn, özlərini Marks kimi təqdim etmələri bizim üçün nə anlam daşıyırsa, Qarabağda özlərini “prezident”, “dövlət naziri”, “deputat” və sair adlandıranların varlığı da eyni anlam daşıyır. Yəni onların Azərbaycan qanunları ilə təsbit edilən hər hansı statusları olmadığı kimi, sərsəmləmələri də nəyisə dəyişən deyil. Qoy nə qədər istəyirlər, danışsınlar, hamısı qeydə alınır və bir gün qabaqlarına qoyulacaq”.
Sahib Alıyev əlavə edib ki, bizim üçün əhəmiyyətli olan Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündəki çıxışında da vurğulandığı prioritetlərdir: “Cənab Prezidentin də bəyan etdiyi kimi, əsas məsələ Ermənistan ordusunun tör-töküntülərinin Qarabağı tərk etməsi və oradakı qanunsuz silahlı birləşmənin buraxılmasıdır ki, bu yöndə də nə gərəkirsə, ediləcək. O sıradan antiterror əməliyyatı da keçirilə bilər ki, Azərbaycan bunu gizlətmir. Onu da gizlətmirik ki, əgər bu haqda tələbimiz yerinə yetirilməsə, həmin əməliyyat yaxın perspektivdə reallaşdırılacaq”.
Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın bu kampaniyaya qoşulmasına və sərsəmləmələrinə gəldikdə, deputat bildirib ki, qoy o, soydaşlarının çoxundan daha yaxşı bələd olduğu ABŞ-nin ölkəsindəki səfirinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdıqları və oradakı haydillilərin bizim dövlətdə yaşaya bilcəkləri haqda açıqlamasını bir də nəzərdən keçirsin: “İndi dövr nə Oskanyanın xarici işlər naziri işlədiyi dövrdür, nə də o zamanlar onların maraqlarından çıxış edən oyunçular əvvəlki oyunçulardır. Ona görə də həmin kampaniyaya qoşulanların sayı 50 min deyil, lap 500 min olsa belə, bu, heç nəyi dəyişmir. Bir də kampaniyaya qoşulanların neçə faizi bu yaxınlarda Qarabağda məhv edilib, sonra da tabutda Ermənistana göndərilən o iki hay hərbçisini əvəzləmək, yaxud da doğmalarının onların yerində görmək istərdilər - bu da var. Əminəm ki, belələrinin sayı 50 min yox, heç 5 min də deyil. Onları zərərsizləşdirmək isə bizim komandonun əlində saat məsələsidir”.скачать dle 12.1