Bia.Az

"Mançester Siti"nin futbolçusundan 3 tonluq qida yardımı

Gündəm
 25-04-2020, 10:22     263

"Mançester Siti"nin futbolçusundan 3 tonluq qida yardımı
Braziliya millisinin və “Mançester Siti”nin futbolçusu Qabriel Jesus koronavirus pandemiyası ilə mübarizəyə dəstək olub.

bia.az xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı futbolçu, doğulduğu San Paulonun kasıb məhəllərinin sakinlərinə yardım edib. Onun bu məhəllələrə 3 ton qida bağışladığı bildirilib.

Qeyd edək ki, Braziliyada 50 mindən çox insan koronavirusa yoluxub və onlardan 3365 nəfəri ölüb.скачать dle 12.1