Bia.Az

Səfərbərliyin 3 şöbəsində əməliyyat: rəis saxlanıldı

Cəmiyyət
 4-07-2023, 17:20     826

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsində əməliyyat tədbiri keçirib.

Axar.az Report-a istinadən xəbər verir ki, əməliyyat zamanı şöbə rəisi Rahim Ağayev saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidməti fakt təsdiqləyib.

"Ətraflı məlumat veriləcək", - qurumdan bildirilib.


***


Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın və Cəlilabad şöbələrində əməliyyat keçirilib.


Baş Prokurorluğun Mətbuat xidməti faktı təsdiqləyib.скачать dle 12.1