Bia.Az

Zəlzələ zamanı nə etmək lazımdır?

Sosial
 4-07-2023, 01:05     492

Xəbər verdiyimiz kimi, bu gün saat 00:01-də Xəzərdə 5,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ Bakıda da ciddi şəkildə hiss edilib və sakinlər arasında panika yaradıb.

Axar.az zəlzələ zamanı nə etmək lazım olduğu haqda mütəxəssislərin rəylərini təqdim edir:

Zəlzələ zamanı evdəsinizsə:
• İlk təkandan sonra vahiməyə düşməyin. Binanı tərk etməyə çalışın (aşağı mərtəbədə yaşayırsınızsa). Bu, mümkün deyilsə, otaqdakı masanın altında oturun və ya divanın kənarına və ya otağın küncünə sıxılın və əllərinizlə başınızı tutun.
• Pəncərə, şüşə, şkaf və otaqdakı əşyalardan kənarda dayanın.
• Eyvana qaçmaq, pəncərədən tullanmaq olmaz.
• Təkan zamanı çarpayıda olsanız, döşəməyə enin və təkanların qurtarmasını gözləyin.
• Təkanlar qurtarana kimi içəridə qalın, çölə çıxmaq təhlükəlidir.
• Liftdən istifadə etməyin.
Əgər həyətdəsinizsə:
• Açıq sahəyə qaçın.
• Binalardan uzaqda, elektrik xətlərindən, küçə fənərlərindən və ağaclardan kənar yerdə dayanın.
Maşındasınızsa:
• Yolun kənarında işıq dirəklərindən, ağac və reklam lövhələrindən, bina və estakadalardan kənarda dayanın.
• Körpülərdən, keçidlərdən, yol ötürücülərindən istifadə etməyin.
Dağılmış tikilidəsinizsə:
• Oddan istifadə etməyin.
• Hərəkət etməyin və toz qaldırmayın, bu, nəfəsalmanı ağırlaşdırır.
• Ağzınızı dəsmal və ya geyiminizlə tutun.
• Xilasedicilərin sizi eşitməsi üçün divarı və ya dəmir boruları döyün. Bu zaman qışqırmaq lazım deyil, çünki toz və zəhərli hava uda bilərsiniz.скачать dle 12.1