Bia.Az

Qeyri-sabit hava şəraitinin nə vaxt sabitləşəcəyi AÇIQLANDI

Cəmiyyət
 1-07-2023, 13:15     406

"Bu gün hidrometeoroloji stansiyalardan əldə edilən məlumata görə, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub".

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov "Report"a bildirib ki, ən çox yağıntı adətən yayda quraq hava ilə səciyyələnən Bərdəyə düşüb.

Onun sözlərinə görə, bir neçə saat ərzində həmin rayonda aylıq normanın 114 faizi qeydə alınıb: "Digər rayonlara gəlincə, Qaxda aylıq normanın 70, Tərtərdə 94, Goranboyda 54, Göyçayda 55, Mingəçevirdə 36, Kürdəmirdə 47, Zərdabda 55, Salyanda 37 faizini təşkil edib. Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı isə 2 millimetr olub. Ötən gün leysan yağış nəticəsində saat 18:00-da İsmayıllı rayonu ərazisindən axan Girdimançaydan, Cülyan kəndi ərazisindən axan Cülyançaydan və Talıstan kəndi ərazisindən axan Talıstançaydan, saat 19:10-da isə Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçaydan, saat 19:20-də isə Əmirvar kəndi ərazisindən axan Əmirvarçaydan qısamüddətli sel keçib.İyunun 30-da İsmayıllı və Kəlbəcər rayonlarına dolu düşüb".

Xidmət rəisi əlavə edib ki, bu gün Oğuz rayonu ərazisindən keçən Əyriçayda, Qobustan rayonu ərazisindən keçən Pirsaatçayda, İsmayıllı rayon ərazisindən keçən Girdimançayda sel hadisəsi qeydə alınıb: "Ölkə ərazisində müşahidə olnan qeyri-sabit hava şəraitinin iyulun 1-i axşamadək davam edəcəyi, iyulun 2-dən havanın sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir".скачать dle 12.1