Bia.Az

Ermənidən daha çox erməni olan Makron…

Siyasət
 30-06-2023, 22:32     503

Ermənistan Azərbaycan münaqişəsində ermənilərin haqsız, ədalətsiz, cinayətkar mövqeyini ən qatı seperatçı ermənidən daha möhkəm dəstəkləyən Makron həyasızlığına susmaq mümkün deyil. Bu həyasız adam bu gün də etiraf edir ki, o, Qarabağ məsələsində ermənilərin mövqelərini Ermənistanın baş naziri Nikol Paşinyandan daha yaxşı müdafiə edir. Dünyanın ən saylı dövlətlərindən birinin başında dayanan bir cılız siyasətçinin, 30 il Azərbaycan torpaqlarını işğal altında saxlamış və bu müddət ərzində həmin torpaqlarda yüzlərlə yaşayış məntəqələrini viran qoymuş erməniləri həyasızcasına dəstəkləməsinə nə ad verəsən? Otuz illik erməni vəhşiliyini yalnız ermənilərlə eyni tərbiyədə və əxlaqda olan bir xalq və onun seçdiyi rəhbər dəstəkləyə bilərlər. Fransız xalqının erməni toplumu ilə eyni xislətə sahib olduğu çoxdan sübut olunub. 
     
Qarabağ torpaqlarımızda ermənilərin törətdikləri vəhşilikləri erməni xislətli fransızlar vaxtilə işğal etdikləri ölkələrdə törıdilmişdilər. Gəlin fransız vəhşiliyinin bəzi “nümunələrinə” kiçik tarixi bir ekskursiya edək. 
     
Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə 2 milyondan artıq dinc sakini kütləvi şəkildə qətlə yetiriblər. İşğal etdiyi Əlcəzair ərazilərində 17 nüvə sınağı gerçəkləşdirən, 5 milyondan artıq mina basdıran Fransa, bu günə qədər aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri və minaların xəritələrini Əlcəzair hökumətinə verməkdən imtina edir. Elə bunun nəticəsidir ki, Əlcəzair Azərbaycan kimi dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında aparıcı yerlərdən birini tutur.
     
1961-ci il oktyabr ayının 17-də Fransada yaşayan on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə dinc nümayişə çıxsa da, Fransa polisinin açdığı atəş, habelə etirazçıların Sena çayına atılması nəticəsində onlardan 1500 nəfər qətlə yetirilmişdi. Fransız vəhşiliyinin bu səhifəsi tarixə ‘Sena qətliamı” kimi daxil olub. Eyni qayda ilə 1961-ci ildə, Tunisdə Fransa hərbi bazasının bağlanmasını tələb edən 5000-ə yaxın tunisli fransız hərbiçiləri tərəfindən qətlə yetirilmişdir.
     
Bu gün Fransanın paytaxtı Paris şəhərindəki İnsan Muzeyində müstəmləkə müharibələrində öldürülmüş 18 000 döyüşçünün kəllə sümükləri saxlanılır. Törətdikləri vəhşilikləri utanmadan belə bütün dünyaya nümayiş etdirirlər.
 
Tarixdə bütün bu cinayətləri törədən və ruhən ermənilərlə qardaş olan fransızlar artıq on illərdir ki, ermənilərin Azərbaycana qarşı törətdikləri vəhşilikləri dəstəkləyirlər. Dünyada koloniyaların mövcudluğu indiyə qədər davam etmiş olsaydı, heç şübhəsiz fransızlar tarix boyu törətdikləri vəhşilikləri eyni qaydada bu gün də davam etdirərdilər. Lakin dünya dəyişib! 
     
Fransız xalqı bəşəriyyətə bir çox dahilər versə də, bu xalqın xislətini barmaqla sayılan həmin şəxslər deyil, məkirli və öz xoşbəxtliklərini başqa xalqların iztirabı üzərində görmək istəyən fransız çoxluğu müəyyən edir. Heç kim bu sətirləri oxuyub deməsin ki, “bir xalqın ünvanına bu qədər aqressiv danışmaq olmaz”, “fransız xalqı mədəni xalqdır”, “Makron fransa xalqı demək deyil” və s. Bu sadəlövlükləri saxlayın zəhmət olmasa. Makronu fransız xalqı seçib və deməli Makron elə fransız xalqı deməkdir! Tarixən bizim bir xalq olaraq bir çox uğursuzluqlarımızın kökündə elə sadəlövlüyümüz dayanmırmı? 
     
Yazılarımın birində Azərbaycan hökumətinə Fransanın bizim haqqımızı bu qədər ayaqlar altına almasına qarşılıq verməsini təklif etmişdim. Bir daha təklif edirəm: - daha radikal addımlar ataraq, diplomatik əlaqələrin dondurulmasına qədər qətiyyətli olmalıyıq. Fransız həyasızlığının cavabı fransızların başa düşdükləri dildə verilməlidir. Əks halda bu gün təqaüdə çıxmış hərbiçiləri və ya polisləri Ermənistanla sərhədlərimizə göndərən axmaq Fransız hökuməti sabah daha radikal addımlar ata bilər. 
 
Fikrət Yusifov Iqtisad elmləri doktoru, professorsabiq maliyyə naziriскачать dle 12.1