Bia.Az

"Surovikin Lefortovada istintaq təcridxanasında saxlanılır?.."

Dünya
 30-06-2023, 22:30     380

"General ordu tərəfindən dəstəklənir və onun həbsi orduda iğtişaşlara səbəb ola bilər..."

Rusiyanın Ukraynada Birləşmiş qoşun qruplaşması komandanının müavini general Sergey Surovikini jurnalistlər beçinci gündür ki, tapa bilmir. O, ictimai məkandan "Vaqner qrupu" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin qiyamından sonra yoxa çıxıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "fontanka.ru" nəşri yazıb.
 
Məlumatda deyilir ki, Surovikin sonuncu dəfə iyunun 24-də gecə muzdlulara qiyamı dayandırmaq çağırışı ilə müraciət edib.
 
Bu ərəfədə Surovikinin həbs edilməsi barədə məlumat üzə çıxıb. Bu barədə "The Moscow Times" və "Financial Times" nəşrləri yazıb. 
 
Güman edilir ki, general Priqojinə dəstək verdiyinə görə saxlanılıb və o, Moskvada Lefortovonun istintaq təcridxanasındadır.
 
"Exo Moskvı" radiostansiyasının sabiq baş redaktoru Aleksey Venediktov həmçinin məlumat verib ki, Surovikin "öz ailəsi ilə əlaqəyə girmir" və onun mühafizəsi zənglərə cavab vermir.
 
Lakin SİTA agentliyi İctimai Müşahidə Komissiyasının məsul katibi Aleksey Melnikova istinadən yazıb ki, Surovikin Moskvada Lefortovonun istintaq təcridxanasında saxlanılmır", o, digər müvəqqəti saxlanılma təcridxanalarında da deyil.
 
"Baza" Teleqram-kanalı generalın qızı Veronika ilə telefonla əlaqə yaradıb, o, bəyan edib ki, generalın saxlanılması haqqında məlumatlar həqiqətə uyğun deyil.
 
Onun sözlərinə görə, atası ilə "heç nə baş verməyib", onu heç kim həbs etməyib, hazırda "hamı öz iş yerindədir".
 
O, həmçinin xatırladıb ki, general "heç vaxt hər gün KİV-lərdə olmur və bəyanatlar vermir". General Surovikinin həyat yoldaşı "Baza"nın generalın həbsi ilə bağlı şayiələrini şərh etməkdən imtina edib.
 
Eyni zamanda, "Vajnıye istorii" ("Mühüm tarixçələr") nəşri Baş Qərargaha və FTX-ya istinadən məlumat verib ki, Surovikin həbs edilməyib, lakin o, dindirildikdən sonra sərbəst buraxılıb.
 
Jurnalist Kseniya Sobçak hesab edir ki, "generalın saxlanılıb-saxlanılmaması ətrafında bütün bu oyunların başlıca səbəbi Müdafiə Nazirliyinin komandanın saxlanılması fonunda orduda iğtişaşların baş verəcəyindən ehtiyyat etməsidir".
 
O, həmçinin generalın taleyi ilə bağlı bir neçə fərziyyəni toplayıb:
 
1) "O, cümədən şənbəyə keçən gecə saxlanılıb. Hazırda o, nə Lefortovoda, nə Moskva və Rostovdadır, kazarma tipli yataqxanada saxlanılır.
 
Evində hər hansı istintaq hərəkətləri aparılmayıb. Saxlanılandan sonra ailəsinə bir dəfə zəng edib, lakin suallara "bəli" və "xeyr" cavabları verib.
 
2) Surovikinin Şoyqu və Gerasimovla çoxdandır ki, münaqişəsi var. Hazırda, guya, buna görə onu işlərindən ayırmağa cəhd edilir.
 
Bu zaman Surovikin ordu tərəfindən dəstəklənir, məhz buna görə də belə bir məlumat yaylılıb ki, o, Rostovda alay komandirlərinin onların komandanının harada olması barədə sualına cavab vermək üçün müşavirədə iştirak edəcək.
 
3) Daha bur fərziyyə ondan ibarətdir ki, Surovikin əvvəlcədən "xüsusi hərbi əməliyyat"ın əleyhinə olub və analitik təhlillərində Putinə buna son verməyin zərurətindən yazıb. General öz qoşunlarını Xersondan çıxarandan sonra, guya, onun prezidentlə birbaşa əlaqə kanalı kəsilib.скачать dle 12.1