Bia.Az

Qarabağda qanunsuz erməni birləşmələr məhv edildi - Video

Gündəm
 28-06-2023, 12:48     383

Qarabağda qeyri-qanuni erməni silahlı dəstələrinin 4 üzvü məhv edilib.

Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, Azərbaycan Ordusunun erməni silahlı dəstələrinin Ağdərə və Xocavənd istiqamətindəki mövqelərinə endirdiyi zərbələr nəticəsində Armo Abqaryan, Samvel Torostan, Yervand Tadevostan və Qaqik Balayan öldürülüb.

Qeyd edək ki, iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutmuş, nəticədə hərbi qulluqçusu Əli Şükür oğlu Bəkirov yaralanmışdı. Ordumuz cavab tədbirləri görmüşdü.
скачать dle 12.1