Bia.Az

Qiyamdan iki nəfər qazanclı çıxdı, itirən isə...

Dünya
 27-06-2023, 11:13     272

Yevgeni Priqojinin Rusiyadakı üsyanı öncədən razılaşdırılmamışdı. Rusiyada hər şey tam ciddi idi. Bu qaynar hadisələr nəticəsində ən böyük zərəri rusların lideri gördü.

Axar.az xəbər verir ki, bunu SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin adı açıqlanmayan keçmiş əməkdaşı ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində deyib.

Onun sözlərinə görə, Priqojinin məqsədi onu girov götürmək yox, Putini məhv etmək olub:


"Bu, teatr tamaşası deyildi. Bundan uduzan ən mühüm şəxs Putindir. Qazanan isə iki nəfər – Priqojin və Lukaşenkodur. Ona görə də qiyam öncədən səhnələşdirilməmişdi”.скачать dle 12.1