Bia.Az

Klublararası Dünya Çempionatının vaxtı və məkanı bəlli oldu

Dünya
 27-06-2023, 00:34     280

2023-cü ildə Klublararası Dünya Çempionatı Ciddədə keçiriləcək. Qərar FIFA nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfərindən sonra qəbul edilib. Səfər çərçivəsində nümayəndə heyəti Kral Abdullah Şəhər İdman Stadionunda, Şahzadə Abdullah Əl Faysal stadionunda, həmçinin yaşayış və təlim obyektlərində olub.

Turnirin oyunları 2023-cü il dekabrın 12-dən 22-dək keçiriləcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilk dəfə klublararası dünya çempionatına ev sahibliyi edəcək.

Yarışın iştirakçılarına gəlincə, “Mançester Siti” bu il 2022/23 mövsümündə UEFA Çempionlar Liqasının qalibi olub. Turnirdə Yaponiyanın “Urava Red Diamonds”, Misirin “Əl-Əhli”, Meksikanın “Leon”, Yeni Zelandiyanın “Ouklend Siti” və Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubları təmsil edəcək. Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) iştirakçısı - Libertadores Kubokunun qalibi isə hələ müəyyənləşməyib. (Mənbə: sports.ru)скачать dle 12.1