Bia.Az

Rusiya Bankı uçot dərəcəsini azaldıb

Dünya
 24-04-2020, 16:40     343

Rusiya Bankı uçot dərəcəsini azaldıb
Rusiya Bankı (Mərkəzi Bank) uçot dərəcəsini 0,5 faiz bəndi azaldaraq son 6 ildə ilk dəfə 6%-dən 5,5%-ə endirib.

“bia.az” xəbər verir ki, qurum qərarını koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin iqtisadiyyata mənfi təsir etməsi ilə izah edib.

Bundan başqa, Rusiya Bankı bu il üçün inflyasiya proqnozunu 2,9%-3,2%-dən 3,8%-4,8%-ə dəyişib. Gələn il isə qurum ölkədə 4% səviyyəsində qiymət artımı gözləyir.

Mərkəzi Bankı bu il Rusiya iqtisadiyyatının 4%-6% kiçiləcəyini, gələn il isə 2,8%-4,8% böyüyəcəyini proqnozlaşdırır.скачать dle 12.1