Bia.Az

ŞOK İDDİA: Putin hakimiyyətdən gedə bilər - Ona kimlər təzyiq edir?

Dünya
 27-06-2023, 00:19     242

Rostovun ələ keçirilməsi, “Vaqner” muzdlularının Moskvaya sürətli yürüşü, hüquq-mühafizə orqanlarının üsyana müqavimət göstərməməsi Rusiya prezidenti Vladimir Putinin ruslar arasında nüfuzuna xələl gətirib.

Bu barədə “Nezavisimaya qazeta”nın baş redaktoru Konstantin Remçukov “The New York Times”a bildirib.

Onun fikrincə, Rusiya elitasının nümayəndələri hətta Putini 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etməməyə inandırmağa cəhd edə bilərlər.

"Hakimiyyətdə olmaqla sabitliyi və təhlükəsizliyi təmin edən Putin son 24 saatda uğursuzluğa düçar oldu. Mən görürəm ki, elit dairələr artıq özlərini tam təhlükəsiz hiss edə bilmirlər", - Remçukov deyib.

Baş redaktorun sözlərinə görə, şənbə günü Moskvada çox şeylər aşkar hiss olunub. Remçukov bildirib ki, iğtişaş baş verən gün bir neçə məşhur şəxs Rusiya paytaxtından qaçıb.


O əlavə edib ki, Putinə yaxın adamlar indi onu seçkilərdə iştirak etməməyə inandırmağa çalışa bilərlər.\\Publika.azскачать dle 12.1