Bia.Az

Ağsu Rayon Polis Şöbəsinə yeni rəis təyin edildi

Cəmiyyət
 23-06-2023, 00:17     1 081

Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi polis polkovniki Oruc Əmiraslanov vəzifəsindən azad edilərək, Ağsu Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

O. Əmiraslanov indiyədək bir sıra vəzifələrdə o cümlədən, Tovuz Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi, sonradan həmin rayonun polis şöbəsinin rəis müavini vəzifələrində çalışıb.

(Mənbə: qafqazinfo.az)скачать dle 12.1