Bia.Az

SON DƏQİQƏ! Bir kəlməsi ilə ölkəni qarışdırdı - ŞOK İTTİHAM

Cəmiyyət
 22-06-2023, 01:41     423

Çin Xarici İşlər Nazirliyi ABŞ prezidenti Co Baydenin Kaliforniyada keçirilən tədbirdə çıxışı zamanı Çin prezidenti Si Cinpini “diktator” adlandırmasına reaksiya verib.

Musavat.com xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Pekində keçirdiyi mətbuat konfransında Baydenin açıqlamalarını "tamamilə absurd və məsuliyyətsiz" adlandırıb.

Mao Baydenin şərhlərinin faktlara tamamilə zidd olduğunu, diplomatik protokolu və Çinin siyasi şərəfini ciddi şəkildə pozduğunu bildirib.
"Bu, açıq-aşkar siyasi təxribatdır. Çin bundan çox narazıdır və qəti şəkildə buna qarşı çıxır", - Mao deyib.

usa-cina-biden-xi-jinping.jpg (236 KB)
O, fevral ayında Çin casus şarının ABŞ hava məkanına girməsinin qəza olduğunu qeyd edib: "ABŞ məsələni sakit və peşəkar şəkildə həll etməli idi. Bununla belə, hadisəni şişirdərək faktları saxtalaşdırdı və güc tətbiq etdi. Beləliklə, özünün hegemon xarakterini ifşa etdi”.
Kremlin sözçüsü Dmitriy Peskov da Baydenin sözlərinin ABŞ dövlət katibi Blinkenin Pekinlə gərginliyi azaltmaq səyləri ilə ziddiyyət təşkil etdiyini bildirib. O bunun ABŞ-ın xarici siyasətinin ziddiyyətli təzahürləri olduğunu ifadə edib.
Qeyd edək ki, Bayden ABŞ hava məkanına girən Çin casus şarından danışarkən Si Cinpini  “diktator" olmaqda ittiham edib.
Digər tərəfdən, ABŞ dövlət katibi Entoni Blinken 18-19 iyun tarixlərində Çinə səfəri zamanı Si Cinpinlə görüşüb. Səfər dünyanın iki böyük iqtisadiyyatı arasında münasibətlərdə yumşalma tendensiyası kimi qiymətləndirilib.скачать dle 12.1