Bia.Az

Surxanıdakı intiharla bağlı qalmaqal böyüyür - Baş prokurora müraciət (VİDEO)

Cəmiyyət
 21-06-2023, 18:34     487

Bu ilin fevralında Suraxanıda intihar edən Laçın rayon Ağcakənd kənd sakini Zamanov İntiqam Binnət oğlunun bacısı oğlu Məhəbbət İsmayılov Baş prkoruror Kamran Əliyevə müraciət edib. 

Qaynarinfo xəbər verir ki, Məhəbbət İsmayılov müraciətində dayısının intiharı ilə bağlı Suraxanı Rayon Prokurorluğunda başlanmış cinayət işinin ört-basdır edilməsinə cəhd olunduğunu bildirib. 

Mərhumun bacısı oğlu bu məsələdə dayısı oğlunu və müstəntiqi ittiham edir. Məhəbbət İsmayılovun iddiasına görə, dayısı oğlu müstəntiqlə anlaşaraq cinayət işinə xitam verilməsinə çalışır. 

"Dayımı intihara vadar edən öz aisləsidir. Bunu özü də intihardan əvvəl yazdığı məktubunda qeyd edib. Bu səbəbdən də biz bu məslənin üstünə düşmüşük. İlk gündən faktla bağlı heç cinayət işi başlamamışdılar. Biz Prezidentin hüquq mühafizə orqanları ilə iş üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərovun qəbulunda olduq. Dərdimizi ona dedik. Bundan sonra cinayət işi başlandı. Amma istintaq yerində sayır. Bizdə olan məlumata görə, dayım oğlu Elgün Zamanov cinayətin ört-basdır edilməsi üçün hərəkətə keçib. O, müstəntiqlə müəyyən şərtlərlə anlaşmağa çalışır. Bununla bağlı əlimizdə səs yazısı da var. Həmin səs yazısı "Space” telekanalının aparıcısı Amil Xəlilin verilişində də səsləndirilib”, deyə Məhəbbət İsmayılov bildirib. 


İntiqam Zamanovun oğlu Elgün Zamanov
İnqtiqam Zamanovun bacısı oğlu baş prokuror Kamran Əliyevdən xahiş edir ki, cinayət işi Suraxanı Rayon Prokurorluğundan alsın: "Cənab Baş prokuror, bizdə şübhələr var ki, cinayət işi obyektiv araşdırılmayacaq, dayımın əslində öldürülməsi ört-basdır ediləcək. Ona görə də sizdən xahişimiz budur ki, cinayət işi Suraxanı Rayon Prokruroluğundan alınsın”.

İntiqam Zamanov bu il fevralın 28-də intihar edib. O, intihardan əvvəl yazdığı məktubda bu olayda xanımını və övladlarını ittiham edib. 

Seyid


скачать dle 12.1