Bia.Az

TƏCİLİ! Müharibə daha DƏHŞƏTLİ hal alır - "Bu ölkələr savaşa daxil olur"

Dünya
 21-06-2023, 01:04     426

Rusiya gecə saatlarında Ukraynanın paytaxtı Kiyev də daxil olmaqla, ölkənin şərqindən qərbinə qədər bir çox şəhərə hava hücumları təşkil edib. Ukrayna Silahlı Qüvvələrindən verilən açıqlamada Rusiya tərəfindən atılan İran istehsalı olan 30 “Shahed” pilotsuz təyyarəsindən 28-nin Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu qeyd edilib.

Musavat.com xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukrayna ordusunun itirilmiş torpaqları geri almaq üçün başlatdığı əks-hücumlarla bağlı açıqlama verib.
Şoyqu hücumların Donetsk və Zaporojye bölgələrində mərkəzləşdiyini bildirib:
"Kiyev rejimi bu hücumlarda NATO mütəxəssisləri tərəfindən yetişdirilmiş kadrlardan və qərblilərin göndərdiyi silahlardan istifadə edir. Ukrayna 4 iyundan bəri Rusiya əsgərlərinin mövqelərinə 263 hücum həyata keçirib. Qoşunlarımızın fədakarlığı nəticəsində bütün hücumlar dəf edildi və düşmən öz məqsədinə nail ola bilmədi".
Nazir Rusiya Hərbi Hava Qüvvələrinin fəaliyyəti ilə bağlı məlumat da verib:
"Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiyanın hava fəaliyyətlərinin intensivliyi iki dəfə artıb. Bu günə qədər AN-124 və İL-76 təyyarələri 10 mindən çox uçuş edib, 300 min personal, 2 min 300 texnika və 160 mindən çox hərbi yük daşınıb”.
Sergey Şoyqu Ukraynanın hücum planı ilə bağlı kəşfiyyat məlumatı aldıqlarını ifadə edib:
"Bizim kəşfiyyat məlumatlarımıza görə, Kiyev rejimi Krım da daxil olmaqla Rusiya Federasiyası ərazisinə HIMARS və "Storm Shadow" raketləri ilə hücum etməyi planlaşdırır".
HIMARS raketlərinin ABŞ-ın Ukraynaya, "Storm Shadows" raketlərinin isə Böyük Britaniya tərəfindən Ukraynaya verildiyini xatırladan Şoyqu qeyd edib ki, "bu raketlərin xüsusi hərbi əməliyyatlar zonasından kənarda istifadəsi Böyük Britaniya və ABŞ-ın münaqişədə birbaşa iştirakı demək olacaq və belə olan halda Ukrayna torpaqlarında qərar qəbuletmə mərkəzlərinə təcili hücum ediləcək".
Qeyd edək ki, Britaniya ötən ay Rusiyanın hücumlarından müdafiə üçün Ukraynaya 250 kilometr mənzilli “Storm Shadow” raketləri tədarük etdiyini açıqlamışdı. Britaniyanın müdafiə naziri Ben Uolles raketlərin sadəcə Ukrayna torpaqlarında istifadə olunacağını bəyan etmişdi.скачать dle 12.1