Bia.Az

SON DƏQİQƏ! Türkiyə ETİRAZ ETDİ - Plana təsdiq verilmir

Dünya
 19-06-2023, 02:00     408

NATO müdafiə nazirləri gələn ay keçiriləcək Vilnüs Sammitindən əvvəl görüşərək Ukraynaya dəstək və İsveçin alyansa üzvlük məsələsi barədə danışıblar.

Musavat.com xəbər verir ki, Türkiyə milli müdafiə naziri Yaşar Gülərin də iştirak etdiyi görüşdə NATO-nun Rusiyanın mümkün hücumuna necə və hansı qüvvələrlə cavab verəcəyi barədə regional planlar detallı şəkildə müzakirə edilib.

Xarici diplomatik mənbələr təfərrüatlara yer vermədən Türkiyənin bəzi qeyd-şərtləri olduğu üçün planlara son təsdiqin verilə bilməyəcəyini bildirir.

Rəsmilər yalnız bir regional plana etirazların olduğunu və qeyd-şərtlərin hərbi xarakter daşımadığını vurğulayırlar. Mövzu ilə bağlı müntəzəm məsləhətləşmələr və qiymətləndirmə prosesi davam edir. Sammitə qədər problemi aradan qaldırmağın mümkün olduğu da verilən məlumatlar sırasındadır.

NATO-nun baş katibi Yens Stoltenberq də yeni planların nazirlər tərəfindən nəzərdən keçirildiyini bildirib: "Hazırda bütün məsələlərdə razılığa çox yaxınıq, lakin yekun qərarlar sammitdə veriləcək".


Qeyd edək ki, 2019-cu ildə Türkiyə təhlükəsizlik maraqlarının daha çox nəzərə alınmasını və PKK terror təşkilatının Suriya qolu olan YPG-yə qarşı mübarizəyə daha çox siyasi dəstək verilməsini tələb etmiş, Baltikyanı müdafiə planlarını bir müddət bloklamışdı.скачать dle 12.1