Bia.Az

Suraxanı Rayon Prokurorluğundan Prezidentə ŞİKAYƏT: "İş alınıb başqa rayon prokurorluguna verilsin"

Cəmiyyət
 12-06-2023, 02:54     853

Laçın rayon sakini Gülməmmədova Əfruz Binnət qızı Azərbaycan Respubilkasının Prezidenti Cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət edib.

Şikayətci BİA.az-a göndərdiyi müraciətdə bu ilin fevral ayında qardaşı İntiqam Zamanovun intihar etdiyini bildirir. O, qeyd edir ki, İntiqam Zamanov öz ailəsi, xüsusən də oğlu Elgün Zamanov və həyat yoldaşı Məlahət Zamanova tərəfindən biabırcasına şərlənırək evindən bayıra atılıb. Onun intihar etməsinin əsas səbəbi də elə bu olub. Bunu mərhumun cibindən tapılan məktub da təsdiq edir. Hazırda bu hadisə barədə Suraxanı rayon prokurorluğunda cinayət işi başlanılıb, amma 3 aydan coxdur ki, davam edən istintaqın gedişi onları qane etmir. Belə ki, mərhumun oglu Elgün Zamanov müstəntiq Tamerlanla hansısa iş birliyinə girib, bu məsələnin ört-basdır olunmasına çalışır:

"Rəhmətlik qardaşım İntiqamın intihar etməsinə oğlu Elgünün səbəb olduğu ölüm hadisəsi Suraxanı Rayon Prokuroru və həmin rayon prokurorluğunun müstəntiqi Tamerlan adlı dövlət məmuru tərəfindən qanunsuz aparıldıgı barədə müvafiq dövlət qrumlarına etdiyimiz şikayətlər hec bir müsbət nəticə vermir. Belə ki, istintaq işini aparan müstəntiq cinayətdə adı hallanan Elgünlə əlbir olaraq rüşvət qarşılıgında işi ört-bastır etməyə calışır. Biz beş bacı olaraq cinayətkarın ortaya cıxarılmasını, haqın, ədalətin bərpa olmasını istəyirik. Demək olar ki, bütün aidiyyatı qurumlarda qəbullarda olmuşuq. Müraciətlərimiz müsbət qarşılansa da, müəyyən göstərişlər verilsə də Suraxanı Rayon Prokurorlugu ədalətsizliyindən əl cəkmir. Biz bacıların ümid yeri Sizsiniz Cənab prezdent və birinci xanım Mehriban Əliyeva. Sizin ədalətinizə sıgınırıq. Acizanə surətdə Sizdən xahiş edirik ki, qardaşımızın ölümü barədə aparılmalı olan cinayət işi Suraxanı Rayon Prokurorluğundan alınıb baxılmagı üçün başqa bir rayon prakurorluguna verilsin".

Lacın rayonundan daha bir şıkayətci, mərhumun yaxın qohumu Alim Ağamalıyev isə BİA.az-a video-müraciət göndərib. Azərbaycan Respubilkasının Prezidenti Cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə ünvanlanan video-müraciətdə şikayətci cinayət işini aparan Suraxanı rayon prokurorluğunun müstəntiqi Tamerlanın cinayətdə təqsirli bilinən mərhumun oglu Elgün Zamanova rüşvət qarşılıgında acıq-aydın himayədarlıq etdiyi bildirilir. Bu işdə Suraxanı rayon prokuroru Rəşid Mahmudovun da adı hallanır. 

Daha ətraflı aşagıda dərc etdiyimiz videolarda tanış ola bilərsiniz:





скачать dle 12.1