Bia.Az

Rusiyadan Ukraynaya ŞOK TƏHDİD - Kiyev su altında qala bilər

Dünya
 8-06-2023, 12:44     582

Rusiyanın birinci kanalı olan "Rossiya 1"də Kiyev Su Elektrik Stansiyasını dağıdılmağına çağrışlar edilib. 

Musavat.com xəbər verir ki, Xerson vilayətinin su altında qalmasından sonra Kiyevdə də bu fəlakəti həyata keçirmək üçün Rusiya dövlət kanalları açıq şəkildə təbliğat aparırlar.

Rus ekspertlər Ukraynanın paytaxtında yerləşən SES-in bəndinin dağıdılmasını tələb ediblər. Maraqlı məqam isə ondadır ki, televiziyada yayımlanan verilişlərin birində Ukraynanın azad edilmiş ərazilərində insanların dinc həyata qayıtması pislənib, verilişə çağırılan qonaqlar bu məsələdən hiddət duyduqlarını bildiriblər.

Belə ki, kanalının studiyasına dəvət olunmuş Rusiya Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat məktəbinin professoru, istefada olan general Yevgeni Bujinski Ukraynadan dağıdılmış Kaxovka SES-ə görə “qisas almağı” təklif edib:

"Madam ki, artıq su elektrik stansiyalarının dağıdılması məsələsinə gəlinib, bəlkə də bu "şəlalənin" başlanğıcına - Kiyev su elektrik stansiyasına daha yaxından nəzər salmağa dəyər. Orada gözəl bir su anbarı var, Kiyevdən bir qədər yüksəkdə yerləşir. Həmin SES-də dörd və ya daha çox kilometr kub su var. Mən bu barədə düşünməyi təklif edirəm".

Verilişin aparıcısının Rusiyanın Kiyev SES-i dağıtmaqla nəyə nail olacağı ilə bağlı sualına Bujinski deyib ki, Kaxovka SES-in dağıdılmasına görə ukraynalılara “cavab vermək lazımdır”. Ekspert Kaxovka SES-in partladılmasına görə Ukraynanı ittiham edib.

Bundan əlavə, Bujinski rus işğalçılarının payızda qovulduğu Xarkov vilayətində, Rusiyanın sərhədyanı rayonlarında müharibənin getdiyi bir vaxtda insanların dinc həyat sürməsindən hiddətlənib. Buna görə də, istefada olan general yenidən qoşunların Xarkova göndərilməsini tələb edib.скачать dle 12.1