Bia.Az

SES-in partladılması Krımı qaytarmaq üçün katalizatordur - Politoloq DETALLARI AÇIQLADI

Sosial
 6-06-2023, 14:25     391

"Su bəndinin ukraynalıların artilleriya atəşi nəticəsində məhv edildiyi kimi fərqli versiyalar səslənsə də, SES-in məhz rusiyalılar tərəfindən partladılması danılmaz faktdır".

Musavat.com xəbər verir ki, bunu politoloq Elçin Alıoğlu bildirib.

O qeyd edib ki, su bəndi monolit beton konstruksiyadır, onu raketlərlə, bombalarla partlatmaq son dərəcədə çətindir. Ekspert bəndin necə partladıldığına aydınlıq gətirib:

"Altına böyük həcmdə partlayıcı maddə yerləşdirib, göyə uçurtmaq mümkündür, rusiyalılar belə də etdilər. Ukraynanın əks-hücumunu gözləyən və panikaya düşən rusiyalıların bu addımı əslində katalizator rolunu oynayacaq. Su bəndləri Cenevrə konvensiyası tərəfindən qorunur və onların məhv edilməsi kütləvi qırğın silahının istifadəsinə bərabərdir, bu isə Qərbin müvafiq reaksiyası isə nəticələnəcək. Dmitri Kuleba deyib ki, Kaxovka SES-in partladılması son onilliklərin ən böyük texnogen fəlakətidir, hərbi cinayətdir. SES-i partladan Rusiya öz nəzarətində olan Krımın da su təchizatına ciddi problemlər yaradacaq və bu, çox ciddi göstəricidir".

Politoloq məsələnin siyasi tərəfinə diqqət çəkərək bildirib ki, əgər əvvəl Bayden administrasiyası Krımın qaytarılmasını diplomatik yollarla planlaşdırırdısa, F-16-ların verilməsi qərarından sonra istənilən danışıqlar artıq birmənalı və qeyd-şərtsiz istisna olunur:

"Bütün ərazilərin, o cümlədən Krımın hərbi yolla qaytarılması ABŞ başqa olmaqla, Qərb tərəfindən dəstəklənir. Bunu bilən və döyüş meydanında heç bir uğur qazana bilməyən Rusiya əlində qalan azsaylı imkanlar çərçivəsində müharibə cinayətləri törədir.

SES-in partladılması ABŞ-a F-16-ların verilməsini tezləşdirməyə və uzaqmənzilli raketlərin (ATACMS) göndərilməsinə start verməyə əla zəmin yaradır. Artıq heç kim tərəddüd etmir, rusiyalıları darmadağın etmək lazımdır, sülhün başqa düsturu yoxdur. Yaxın günlərdə həm Rusiya ərazisinə, həm də Ukraynada müvəqqəti yerləşən rusiyalıların hərbi qruplaşmalarına kütləvi raket və dron zərbələri endiriləcək".скачать dle 12.1