Bia.Az

Türkiyədə 14 may seçkisindən əvvəl çevrilişə cəhd olub? – Sensasiya

Dünya
 6-06-2023, 14:16     259

Türkiyə Silahlı Qüvvələri və Milli İstihbarat (Kəşfiyyat) Təşkilatında mayın 13-də, yəni 14 may seçkilərindən bir gün əvvəl 15 iyul çevriliş cəhdi günü yaşanan hadisələrə oxşar olaylar baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Yeni Şafak” nəşri yazıb.

Qeyd olunur ki, mayın 13-ü yerli vaxtla 13:00-da Çanaqqalada yerləşən MİT regional idarəsinə mayor rütbəli zabit Türkiyənin yeni bir çevriliş cəhdi ilə qarşı-qarşıya olması barədə məlumat verib. 15 iyul təcrübəsi həm MİT, həm də Milli Müdafiə Nazirliyi tərəfindən məlumatın diqqətdə saxlanılmasına səbəb olub. Prezident Aparatına müvafiq məlumat təqdim olunub.

Bundan sonra bütün bazalar, hərbi təyinatlı obyektlərdə yoxlamalar aparılıb, fövqəladə bir vəziyyətin müşahidə olunub-olunmaması izlənilib.
Məlumatı verən mayor bu çevriliş cəhdində T.E adlı kontr-admiralı ittiham edib. Ancaq tezliklə onun yalan danışdığı üzə çıxıb. İfadəsi alınan şəxsin (S.T) psixi vəziyyəti ilə bağlı şübhələr ortaya çıxıb.


Bütün bunlara baxmayaraq, hərbi bazalarda və hərbi təyinatlı obyektlərdə müvafiq ehtiyat tədbirləri mayın 28-i ikinci tur başa çatana qədər ciddi rejimdə davam etdirilib.скачать dle 12.1